Yubiley, görüş,
maarifləndirici tədbir...
Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası və Ombudsmanın Quba Regional Mərkəzinin birgə təşkilatçılığı ilə İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Gününə (30 iyul) həsr olunmuş “İnsan alveri – ümumbəşəri bəla” adlı maarifləndirici tədbir keçirilib.
***
Biləsuvar RMİ Neftçala rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Peşəkarla yan-yana” layihəsi çərçivəsində Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının üzvü, tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru Elvin Abbasbəylinin gənclərlə görüşü təşkil olunub. Qonaq tələbəlik illəri, Fransa təcrübələri və tərcüməçi kimi fəaliyyəti haqqında danışıb, gənclərə arzularının ardınca getməyi, məqsədləri uğrunda daim mübarizə aparmağı tövsiyə edib.
***
Ağdaş RMİ Ağdaş rayon MKS-nin oxu zalında milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin (1812-1878) anadan olmasının 210 illiyinə həsr olunmuş “Azərbaycan dramaturgiyası və tənqidinin banisi Mirzə Fətəli Axundzadə” adlı tədbir təşkil edilib. Tədbirdə ədibin həyat və yaradıcılığına həsr olunmuş videoçarx və “Mirzə Fətəli Axundzadə – 210” adlı sərgi nümayiş etdirilib.
***
Lənkəran RMİ-nin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində məktəblilərin yay tətili ilə əlaqədar hər həftə cizgi filmlərinin nümayişi təşkil olunur. Layihə üzrə Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evinin fidanları cizgi filmlərini izləyərək əyləncə dolu anlar yaşayıblar. İdarənin rəisi Şahin Şahbazov və uşaq evinin direktoru Mehriban Səfərova uşaqlara xoş arzularını bildirərək belə tədbirlərin onların həyatına rəng qatdığını vurğulayıblar. Sonra balacalar Mədəniyyət Mərkəzinin foyesində rəssam Firudin Quliyevin səyyar sərgisinə baxıblar.
***
Kürdəmir RMİ İmişli
rayon Mədəniyyət Mərkəzinin
Sarıxanlı kənd Diyarşünaslıq klubunda
“Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.
Uşaqların və incəsənət ustalarının
ifasında vətənpərvərlik, Qarabağ,
Şuşa mövzusunda
səsləndirilən şeirlər, mahnılar tədbir
iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət.- 2022.- 3
avqust.- S.4.