Kinomuzun bayramı münasibətilə

 

Sumqayıt RMİ Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşəbbüsü və təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin iştirakı ilə oxucuların C.Cabbarlı adına “ Azərbaycanfilm” Kinostudiyası və Azərbaycan Dövlət Film Fonduna ekskursiyası təşkil olunub.

2 avqustMilli Kino Günü münasibətilə keçirilən ekskursiya kinomuzun təşəkkül tapmasında mühüm xidməti olmuş görkəmli dramaturq Cəfər Cabbarlının abidəsini ziyarətlə başlayıb. Sonra oxucular kino rəssamı Əziz Məmmədovun bələdçiliyi ilə kinostudiyanın geyim, rekvizitbutafor sexlərinə baş çəkiblər. Məşhur Azərbaycan filmlərində istifadə olunmuş geyim və rekvizitlərlə tanışlıq ziyarətçilərdə xoş təəssürat yaradıb. Səsləndirmə və dublyaj şöbəsinin mütəxəssisi Mehman Nadirov oxuculara bədii filmlərdə, dublyaj materiallarında səslərin, habelə müxtəlif interşumların yazılma prosesini əyani şəkildə izah ed

 

Dövlət Film Fondu ilə tanışlıq zamanı şöbə müdiri Rəşad Qasımov qonaqlara fondda qorunan köhnə işıq və çəkiliş avadanlıqları, sənətkarların şəxsi kolleksiyalarından ləvazimatlar, filmlərdən nadir şəkil və geyimlər, səssiz filmlər dövrünün kinokamerası, xüsusi hava şəraitinə malik bokslarda mühafizə edilən kinolentlər və s. haqqında məlumat verib.

Sonda ziyarətçilər Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevlə xatirə şəkli çəkdiriblər.

 

***

 

Şəmkir RMİ və Gənclərin İnkişafKaryera Mərkəzi Şəmkir nümayəndəliyinin dəstəyi ilə Şəmkir Heydər Əliyev Mərkəzinin həyətində Milli Kino Günü münasibətilə “Şuşa, sən azadsan!” və “Bir günəş altında” filmləri nümayiş olunub.

 

Mədəniyyət.- 2022.- 3 avqust.- S.4.