Xalq öz qəhrəmanlarını unutmur

 

Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyində Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Ehtiram Məmmədovun 45 yaşı qeyd olunub. Tədbirdə Vasili Əliyev adına Qubadlı rayon Mədəniyyət eviMahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya təqdim edilib. Müğənnilərin ifasında bir-birindən gözəl muğam, musiqi nömrələri səsləndirilib.

 

***

 

Ağdaş RMİ Zərdab rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı, 1 saylı Diyarşünaslıq evi ilə birgə “Gənclər qürur yerimizdir” adlı II Qarabağ müharibəsi qaziləri ilə görüş təşkil edib. Görüşdə kiçikyaşlı oxucular Vətənə, şəhidlərə həsr olunmuş şeirlərdən ibarət kompozisiya ilə çıxış ediblər.

 

***

 

Masallı RMİ Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları və şəhid ailələri iştirak ediblər.

 

***

 

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Bərdə rayon Mirzalıbəyli kəndindən olan Vətən müharibəsi şəhidi Elməddin Yusifovun ailəsini ziyarət edib.

 

Mədəniyyət.- 2022.- 3 avqust.- S.4.