Ana dilibizi birləşdirən ən böyük dəyər”

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Ana dilibizi birləşdirən ən böyük dəyər” adlı videomaterial, biblioqrafik siyahı və “Doğma Azərbaycan dili” adlı ənənəvi kitab sərgisi hazırlayıb.

Əlamətdar günün tarixindən, əhəmiyyətindən bəhs edən videoçarxda hər bir insanın öz ana dilini yaxşı bilməli və onu qorumalı olduğu deyilir. Dilin dövlət dili statusuna yüksəlməsinin millətin öz taleyinə sahibliyinin, dövlət qurmaqqorumaq qüdrəti ilə bağlı olduğu da vurğulanır.

Videoçarxda Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün yaranma tarixi, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan fərman və sərəncamlar da öz əksini tapıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik göstəricidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında kitabların və son beş ildə kütləvi informasiya vasitələrində çap edilən məqalələrin siyahıları da təqdim edilib.

İstifadəçilər materiallarla kitabxananın rəsmi saytında tanış ola bilərlər.

 

Mədəniyyət.- 2022.- 3 avqust.- S.6.