Tarix Muzeyində milli kino sənətinə
dair materiallar da qorunur
Milli Azərbaycan
Tarixi Muzeyinin Sənədli mənbələr
fondunda Azərbaycan kino sənətinə dair maraqlı materiallar qorunur.
Bu materiallar arasında
1955-1957-ci illərdə Bakı
kinostudiyasında çəkilmiş
filmlərin kadrlarından
ibarət albom da var. Bu barədə muzeydən məlumat verilib.
İllüstrativ nəşrə 1955-ci ildə çəkilmiş
“Bəxtiyar” və “Görüş”, 1956-cı ildə
kinostudiyada lentə alınan “O olmasın, bu olsun”, “Qara
daşlar”, 1957-ci ildə
çəkilmiş “Bir
məhəllədən iki
nəfər” və “Qızmar günəş altında” filmlərinin ən baxımlı epizodlarının fotoşəkilləri
daxil edilib.
Albom 37 vərəqdə 24
fotoşəkildən ibarətdir.
Mədəniyyət.- 2022.- 3
avqust.- S.6.