Mirzə Fətəli tərəfindən təklif edilmiş əlifbanın fotosurəti

 

Tarix Muzeyində qorunur

 

 

 

Milli dramaturgiyanın banisi, görkəmli ictimai xadim Mirzə Fətəli Axundzadə tərəfindən təklif edilmiş latın qrafikalı əlifba layihəsinin fotosurəti Milli Azərbaycan Tarixi Muzeyində qorunur.

Bu barədə muzeydən məlumat verilib.

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda dünyada müxtəlif əlifbalardan istifadə olunur.

M.F.Axundzadə ərəb qrafikalı əlifbada əsaslı islahat aparmağı elmi-pedaqoji cəhətdən əsaslandıran və onu təcrübi olaraq həyata keçirməyə cəhd edən ilk mütəfəkkirdir. O, geniş xalq kütlələrinin savadlanması üçün çalışıb, ömrünün son 20 ilini əlifbanı dəyişdirmək uğrunda mübarizəyə həsr edib. Mirzə Fətəli hesab edirdi ki, ərəb əlifbası ərəb olmayan xalqlar, o cümlədən türkdilli xalqlar üçün əlverişli deyil.

 

Mədəniyyət.- 2022.- 3 avqust.- S.6.