Milli Kitabxanada dilimizin bayramı ilə bağlı tədbir
1 avqust Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günüdür. Bu münasibətlə
M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib.
Tədbiri açan kitabxananın
direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova
bu əlamətdar günün Prezident Heydər Əliyevin 2001-ci
il 9 avqust
tarixli fərmanına
əsasən təsis
edildiyini bildirib. Qeyd edib ki,
bütün sahələrdə
olduğu kimi, ana dilimizin inkişafında,
onun dövlət dili olaraq yüksək
zirvəyə qaldırılmasında
da ulu öndər
Heydər Əliyevin misilsiz xidmətləri
var. Ulu öndərin Azərbaycan dilinin inkişafı ilə əlaqədar imzaladığı
fərman və sərəncamlar da bunu sübut edir.
Direktor müavini Prezident İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim
böyük diqqət
və qayğı göstərdiyini, onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında”, “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının
təsdiq edilməsi haqqında” sərəncamları
ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin kütləvi
tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə
edildiyini vurğulayıb.
Daha sonra ümummilli lider Heydər Əliyevin dilimiz haqqında çıxışını əks etdirən video təqdim olunub.
Kitabxananın Kolleksiyaların və
informasiya resurslarının
mühafizəsi şöbəsinin
müdiri Şəhla
Nağıyeva XX əsrin
əvvəllərində latın əlifbasına
keçid məsələsinin
Azərbaycan ziyalıları
tərəfindən dəfələrlə
gündəmə gətirildiyini,
dilimizin əsrarəngizliyi
haqqında çoxlu əsərlər yazıldığını
bildirib.
Tədbirdə ana dilimizi tərənnüm
edən şeirlər
səslənib və
“1 avqust - Azərbaycan
Dili və Əlifbası Günü”
adlı sərgiyə
baxış keçirilib.
Həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən
“1 avqust – Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual
sərgi hazırlanaraq
ictimaiyyətə təqdim
olunub.
Mədəniyyət.- 2022.- 3
avqust.- S.6.