“Dədə Qorqudeposu haqqında yeni tədqiqat

 

 

AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Dədə Qorqudeposu. Qəhrəmanın ölüb-dirilməsi” monoqrafiyasının birinci hissəsi çapdan çıxıb.

Kitabda Oğuz elinin “Tanrı alqış-qarğışı” modeli əsasında “toy” təsnifat//yaradılış ritualından keçirilməsi, Oğuz yeniyetmələrinin ərgənlik həddinin yoxlanılması, advermə, bəylik statusunun istənilməsi, mifik hamilərin ölmüş Buğacı yenidən dünyaya gətirmələri, Dirsə xanın ölüb-dirilməsi və digər məsələlər tədqiq olunub.  

Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosentlər Hikmət Quliyev və Səfa Qarayevdir.

 

Mədəniyyət.- 2022.- 17 avqust.- S.6.