Yayın son ayı – yerlərdə mədəni həyat

 

Bölgələrdən müxtəlif səpkili xəbərlər

 

 

Bərdə RMİ Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə və Yevlax rayonlarından olan yaradıcı gənclərin, yerli şairlərin iştirakı ilə görüş təşkil olunub. Tədbirdə çıxış edən Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova bu cür görüşlərin gənclərin bədii ədəbiyyata, yaradıcılığa marağının artırılmasına xidmət etdiyini bildirib. Şairlərin, bədii qiraət ustalarının, gənc könüllülərin səsləndirdiyi şeirlər, “Qarabağxalq çalğı alətləri ansamblının solisti Asim Abbasov, VIII Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçıları Əmrah Məmmədov və Tahir Şəfiyevin ifaları tamaşaçılara xoş ovqat yaşadıb.

***

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları tərəfindən Quba şəhəri ərazisində yerləşən 28 May adına Mədəniyyət və istirahət parkında səyyar kitabxana xidməti təşkil olunub.

***

 

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illik yubileyinə həsr olunmuşHaqqa yüksələn səs” mövzusunda tədbir keçirilib. Gənclərin İnkişafKaryera Mərkəzi Masallı nümayəndəliyi və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə Əhməd Cavadın sözlərinə bəstələnmiş mahnılar sazda ifa edilib.

***

 

Gəncə RMİ-nin rəisi Vasif Cənnətov Naftalan şəhər Heydər Əliyev Mərkəzində GoranboyNaftalan şəhərindən olan aşıqlarla görüş keçirib. Görüşdə aşıq sənətinin inkişaf etdirilməsi, gənc nəsillərə çatdırılması və təbliği barədə söhbət aparılıb.

 

Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı “Kitablar sənin etibarlı dostundur” adlı kitab sərgisi təşkil edib. Sərgidə müxtəlif elm sahələrini əhatə edən kitablarla yanaşı, dünya və Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərləri də nümayiş etdirilib.

***

 

Şəki RMİ Oğuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Zərifə Əliyeva adına Oğuz rayon istirahət parkında şəhər sakinləri və turistlər üçün mərkəzin nəzdində fəaliyyət göstərən “Ailə” folklor kollektivinin konserti keçirilib.

***

 

Sabirabad RMİ Şirvan Şəhər Tarix-Diyarşünaslıq MuzeyiŞirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyi münasibətilə “İncə ruhlu zərif xanım – Xurşidbanu Natəvan” adlı sərgi təşkil edilib. Sərgidə muzeyin XX əsrə aid toxuculuq məmulatı cecimlər, XIX-XX əsrlərdə qadınlarımızın geniş istifadə etdiyi misgümüş bəzək əşyaları, XX əsrin əvvəllərinə aid olan qadın geyimləri, baş örpəkləri – kəlağayı, zəkiyyə, tikmə nümunələri nümayiş olunub.

***

 

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin Nizami Gəncəvi adına kitabxana-klubu yeni üzv olan kiçikyaşlı oxucularla “Yayı kitabla keçirək” layihəsi çərçivəsində açıq havada görüş təşkil edib. Görüşdə kitabxananın əməkdaşı Səadət Allahverdiyeva müəssisənin fondunda yer alan uşaq ədəbiyyatı ilə oxucuları tanış edib.

***

 

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Emin Məmmədovun doğum günü ilə əlaqədar “Şəhidlik ən ülvi addır” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər Emin Məmmədovun həyat və döyüş yolundan danışıb, şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri ilə qürur duyduqlarını dilə gətiriblər. Çıxışlardan sonra şəhid haqqında hazırlanan videoçarx nümayiş olunub. Qəhrəmanın atası Vətən Məmmədov şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, tədbiri təşkil edənlərə təşəkkür edib.

***

 

Biləsuvar RMİ Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində musiqiçi, Əməkdar artist Həsənağa Sadıqovun (1950-2018) anım günü ilə əlaqədar sərgi təşkil edilib. Sərgidə sənətkara aid muzeydə qorunan musiqi alətləri, fotoşəkillər və geyimlər nümayiş

 

Mədəniyyət.- 2022.- 17 avqust.- S.4.