Kitabxanada Maqomayevin 80 illiyi münasibətilə sərgi-söhbət

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında dünya şöhrətli operaestrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illiyi münasibətilə sərgi-söhbət keçirilib.

Tədbirdə dahi sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Vurğulanıb ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. O, dünyanın möhtəşəm konsert salonlarında rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev ümumxalq məhəbbəti qazanıb.

Sənətkarın ifasında səslənən məşhur mahnılardan ibarət videoçarx nümayiş olunub və iştirakçılar ifaçıya həsr edilmiş sərgiyə baxıblar.

 

Mədəniyyət.- 2022.- 17 avqust.- S.2.