“Kilimarası”nın kukla
tamaşası nümayiş etdirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Kürdəxanı qəsəbə Mədəniyyət evində (Sabunçu rayonu) azyaşlı uşaqlar üçün “Çörək” adlı kukla tamaşası nümayiş etdirilib.
Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzi (Sabunçu rayonu Maştağa qəsəbəsi) “Kilimarası” kukla teatrının təqdim etdiyi tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.
Baş idarədən bildirilib ki, tamaşanın nümayiş
olunmasında əsas məqsəd yay tətili
ilə əlaqədar uşaqların asudə
vaxtlarının səmərəli keçməsini təmin
etmək, həmçinin uşaqlara
xeyirxahlıq, vətənpərvərlik, mədəniyyətə,
incəsənətə məhəbbət
aşılamaqdır.
Mədəniyyət.- 2022.- 17
avqust.- S.5.