Qadınlar haqqında və qadınların müəllifliyi ilə

 

Sevil” sənədli filmlər festivalı keçirilir

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı, USAİD, ANİMAFİLM, Azərbaycanda Fransız İnstitutu və digər qurumların dəstəyi ilə 13-20 avqust tarixində “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) keçirilir. Üçüncü dəfə təşkil olunan festivalın adı Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.

Festival çərçivəsində nümayiş olunan filmlərdə əsasən gender məsələlərinə toxunulur. Festivalın məqsədi sənədli filmlər və müzakirələr vasitəsilə gender məsələlərini diqqət mərkəzində saxlamaqdır.

“Sizdən bizə kim düşə?” devizi ilə keçirilən festivalın filmləri Bakı, Şəki və Lənkəran şəhərlərində nümayiş olunur.

Filmlər “Ən yaxşı uzun metrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə yarışır. Müxtəlif ölkələrdən kinematoqrafçıların filmləri orijinal dildə, azərbaycanca altyazı ilə təqdim edilir.

Sevil” BQSFF AlmaniyanıngoEast” film festivalı ilə əməkdaşlığa da başlayıb. Festivalın qalib rejissorugoEasttərəfindən təşkil edilən “East-West Talent Lab” yarışmasında iştirak haqqı qazanacaq.

Avqustun 15-də Bakıdakı “Landmark” hoteldə rejissor Hanna Polakın sənədli film dünyasına səs-səda salanSincarın mələklərifilmi nümayiş olunub. Film İraqın şimalında İŞİD-in hücumundan möcüzəvi şəkildə sağ qalan Hənifə beş bacısının həyatından bəhs edir. Hanna PolakLeninqrad uşaqlarıfilmi ilə Oskar Emmi mükafatları laureatıdır. Onun filmləri “HBO America”, “HBO Europe”, “Canal+”, NHK başqa platformalarda nümayiş olunub.

Festival proqramında film nümayişləri ilə yanaşı, ustad dərsləri, müzakirə digər tədbirlər yer alıb.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 17 avqust.- S.5.