Türkiyənin baş konsulu Cavidin ev-muzeyində olub
Türkiyə Cümhuriyyətinin Naxçıvan
Muxtar Respublikasındakı
baş konsulu Mehmet Emin Kiraz
bu günlərdə Hüseyn Cavidin Ev-Muzeyinin qonağı olub.
Diplomata
böyük Azərbaycan
şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığı,
ictimai və pedaqoji fəaliyyəti, faciəli taleyi, Sibirdə sürgündə
vəfat etməsi haqqında, illər sonra nəşinin Vətənə gətirilməsi,
xatirəsinin əbədiləşdirilməsi,
Bakıda və Naxçıvanda ev-muzeylərinin
yaradılması, Naxçıvanda
məzarı üzərində
məqbərəsinin ucaldılmasında
ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.
Konsul muzeyin ekspozisiya zalları ilə tanış olub. Burada sərgilənən eksponatlar, xatirə əşyaları, müəllifin
təsadüf nəticəsində
günümüzə qədər
gəlib çatan bəzi əlyazmaları, əsərlərinin müxtəlif
illərdəki nəşri,
pyeslərinin səhnə
həyatı ilə əlaqədar məlumatlar
qonaqda geniş təəssürat yaradıb.
Muzey əməkdaşları Hüseyn
Cavid və Cavidlər ailəsi ilə bağlı diplomatı maraqlandıran
sualları cavablandırıblar.
Mehmet Emin Kiraz muzeyin rəy
kitabına öz ürək sözlərini
yazıb. O, ziyarətdən
məmnun qaldığını
qeyd edərək, Hüseyn Cavidin Azərbaycanın olduğu
qədər bütün
Türk dünyasının
da fəxri olduğunu bildirib.
Qonağa muzeyin nəşrlərindən
bir neçəsi hədiyyə olunub.
Mədəniyyət.- 2022.- 19
avqust.- S.7.