Şuşanın sosial-iqtisadi dirçəlişi mövzusunda məqalə müsabiqəsi

 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsi elan edib.

UNEC-dən bildirilib ki, müsabiqə “Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalarkonseptual baxışlar”, “Şuşa şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri”, “Şuşada mədəniyyət iqtisadiyyatının inkişaf etdirilməsi yolları” və s. mövzular üzrə keçirilir.

Müsabiqənin məqsədi Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların təşviq edilməsidir.

Professor-müəllim heyəti və doktorant, magistr və tələbələr üçün ayrı-ayrı mükafatlandırma olacaq. Professor-müəllim heyəti üçün I, II, III yerlər üçün müvafiq olaraq 500, 300 və 200 manat, doktorant, magistr və tələbələr üçün isə 300, 200 və 100 manat məbləğində mükafatlar nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyənlər məqalələri oktyabrın 10-dək garabagh.iam@unec.edu.az ünvanına göndərməlidir. Məqalələr Azərbaycan, türk, ingilisrus dillərində təqdim edilə bilər. Müsabiqənin nəticələri noyabrın 1-də elan olunacaq.

 

Mədəniyyət.- 2022.- 19 avqust.- S.6.