Sevilfest”dəSənədli animasiyamövzusunda ustad dərsi

 

Xəbər verdiyimiz kimi, 13-20 avqust tarixində ölkəmizdə III “SevilBeynəlxalq Qadın Sənədli Film Festivalı keçirilir. Festival çərçivəsində avqustun 16-da “Sənədli animasiyamövzusunda ustad dərsi təşkil edildi.

Ustad dərsiniSevilfest”in tərəfdaşlarından olan “Factual Animation” Film Festivalının prodüser dizayneri Marina Belikova aparırdı. O, fotoqrafiya, qrafika 2D animasiya ilə işləyən media rəssamıdır. Londonda Bauhaus Universitetində (Almaniya) media incəsənəti dizaynı üzrə təhsil alan animator şüşə animasiya texnikası digər forma janrlara müraciət edir. Onun üslubu maraqlı hekayələr yaratmaq üçün rəqəmsal analoq texnikaları birləşdirməyə əsaslanır. İşləri 10-dan çox ölkədə bir sıra film festivallarında nümayiş etdirilib.

Aparıcı ustad dərsinin iştirakçılarını sənədli animasiya barədə geniş tədris materialı ilə tanış etdi. Dərsdə sənədli animasiya, onun inkişaf tarixi, janrları, eləcə müasir sənət əsərləri yeni tətbiqetmələr üzrə müzakirələr oldu.

Festivalın icraçı meneceri Pəri Abbaslı bizimlə söhbətində qeyd etdi ki, həm təqdim olunan filmlərə, həm ustad dərsi, görüş müzakirələrə maraq var. Festivalın Lənkəran Şəki üzrə komandası da fəal olaraq filmlərin nümayişini həyata keçirirlər.

Həmsöhbətimiz M.Belikovanın Azərbaycana ilk dəfə gəldiyini deyir: “Biz “Factual Animation” ilə əməkdaşlığımız çərçivəsində onu Azərbaycana dəvət etdik. Bu gün maraqlı təcrübəsini gənc animatorlarla bölüşdü”.

Marina Belikova Azərbaycanda olmasından məmnunluğunu ifadə etdi. Mütəxəssis deyir ki, dizayner kimi ilk növbədə paytaxtımızın arxitekturası onun diqqətini cəlb edib. 2000-ci ilin əvvəllərindən animasiya ilə məşğul olduğunu deyən qonaq bildirdi ki, 2014-cü ildən davamlı olaraq bu işlə məşğul olmağa başlayıb. Hazırda dünyada animasiya sahəsinin sürətlə inkişaf etdiyini söyləyən qonaq bu tərəqqinin müəyyən mərhələləri müxtəlif janrlarla bağlı düşüncələrini azərbaycanlı həmkarları ilə bölüşməkdən məmnunluq duyduğunu dilə gətirir: “Festivala dəvət alanda Azərbaycan kinosu animasiyası haqqında məlumatsız idim. Qısa zaman ərzində tanış olmağa bu haqda oxumağa vaxt tapdım. Uşaq yaşlarımdan tanış olduğum bir neçə cizgi filminin Azərbaycana məxsusluğunu da məhz bu tanışlıq ərəfəsində öyrəndim. Azərbaycanda olduğum müddətdə ölkənizin mədəniyyəti animasiya sahəsi ilə yaxından tanış olmağı qarşıma məqsəd qoymuşam”.

Festivalın mövzusu, məramı, nümayiş olunan filmlərin janrı barədə layihənin icraçı menecerindən xəbər alırıq: “Filmlərimizi, afişa digər lazım olan avadanlıqları bölgələrdəki komandamıza könüllülərimizə yollayırıq. Təqdim olunan filmlər bölgələrimizdə maraqla qarşılanır, həm tələbat var. Məqsədimiz yerlərdəki xanımları maarifləndirməkdir. Bakıda təqdim olunan filmlərlə bölgələrdə nümayiş etdirilən ekran işlərinə diqqət yetiririk. Burada bir qədərağırfilmləri nümayiş etdirə bilərik, regionlarda isə bütün nüanslar diqqətə alınır”.

Qeyd edək ki, festival proqramının önəmli bir hissəsi olanFestivallardan seçmələrbölməsində məşhur sənədli filmlər yer alıb. Dünya premyerasını 2019-cu ilə “Sundancefilm festivalında (ABŞ) etmiş Tamara KotevskaLyubomir StefanovunBal ölkəsi” filmi bu bölmənin ən parlaq ekran işlərindəndir. “Bal ölkəsi” “Oskar” tarixində hər iki kateqoriya üzrə mükafat qazanan ilk sənədli film hesab edilir.

Sevilfestin proqramında tanınmış kino mütəxəssisləri Jean Mouin, Tamara Kotevska və başqalarının da ustad dərsləri nəzərdə tutulub.

Qeyd edək ki, festival USAİD və Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi, bir sıra şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 19 avqust.- S.5.