Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunub

 

Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Şuşa İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilib.

Muzeydən bildirilib ki, gənclər ekskursiya zamanı 44 günlük müharibədə şanlı Zəfərimizə ithaf olunmuş “Mədəniyyətimizin incisi - Qarabağ” sərgisini ziyarət ediblər.

Onlar sərgiyə baxış zamanı Azərbaycanın mədəni irsinə böyük töhfələr verən Qarabağın incəsənət xadimlərinə, xanəndələrinə məxsus şəxsi əşyalar, fotoşəkillər, Qarabağ xalçaları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları və digər eksponatlarla yaxından tanış olublar.

 

Mədəniyyət.- 2022.- 19 avqust.- S.5.