Milyonlarla dinləyicinin qəlbini fəth edən istedad
Rusiya paytaxtında Maqomayevin yubileyi qeyd edilib
Dünya
şöhrətli opera və
estrada müğənnisi,
Azərbaycanın və
SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi Moskvada da qeyd olunub.
Avqustun 17-də dahi
müğənninin yaradıcılığının
pərəstişkarları onun abidəsi önünə toplaşıblar. Tədbir iştirakçıları
abidə önünə
gül dəstələri
düzüb, Müslüm
Maqomayevlə bağlı
xatirələrini bölüşüblər.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı
nümayəndəliyinin humanitar
proqramlar üzrə rəhbəri Tamilla Əhmədova çıxış
edərək müğənninin
Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin
zənginləşməsinə verdiyi dəyərli töhfələri qeyd edib. O, Müslüm Maqomayevin
Azərbaycanı “atası”,
Rusiyanı isə “anası” adlandırdığını
və milyonlarla dinləyicinin qəlbini fəth edən istedadın məhz iki xalqın çoxəsrlik mədəniyyətlərinin
yetirməsi olduğunu
xatırladıb.
Heydər Əliyev Fondunun nümayəndəsi Maqomayevin
anadan olmasının
80-ci ildönümündə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı
ilə Bakıda, Dənizkənarı Milli Parkda müğənninin abidəsinin açıldığını
da diqqətə çatdırıb.
Rusiyanın Xalq artisti Zaur Tutov qeyd
edib ki, Müslüm Maqomayevin böyük irsi milyonlarla insanı sevindirib, sevindirir və sevindirəcək:
“Bu, böyük, əsl
saf, ürəkdən
gələn sənətdir.
Çox
gözəl, bacarıqlı
və yüksək səslə oxuyan vokalçılar kifayət
qədərdir, lakin bizim dahi Müslüm
Maqomayev fantastik məlahətlə ifa edirdi”.
Müslüm Maqomayevə həsr edilmiş və Moskvada nəşr olunan “Əbədi məhəbbətim” kitabının
müəllifi Təyarə
Vəlimətova dahi müğənni və onun həyat yoldaşı Tamara Sinyavskaya
ilə görüşlərini
yada salıb. “Kitabın adını
Tamara Sinyavskayanın seçməsi
mənim üçün
xüsusi əhəmiyyət
kəsb edir”, – deyə o bildirib.
Maqomayev yaradıcılığının pərəstişkarları onun
abidəsi önündə
repertuarından mahnılar
ifa edib, xatirələrini bölüşüblər.
Mədəniyyət.- 2022.- 19
avqust.- S.3.