ATMU tələbələri Türkiyədə istehsalat təcrübəsi keçirlər

 

Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) turizmhotelçilik ixtisası üzrə təhsil alan III kurs tələbələrindən 103 nəfəri cari tədris ilinin istehsalat təcrübəsini Türkiyənin Antalya, İzmirBodrum şəhərlərindəki nüfuzlu hotelturizm müəssisələrində keçirlər.

ATMU-dan bildirilib ki, tələbələr “Patika İnsan Kaynakları Danışmanlık A.Ş” şirkətinin dəstəyi ilə Türkiyədə müvafiq sahələr üzrə peşə vərdişlərinə yiyələnirlər.

ATMU-nun Karyerakommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva Antalya şəhərində təcrübə keçən tələbələrin və yaşayış şəraiti ilə tanış olub, onların mövcud problemlərini yerində həll edib. Eyni zamanda səfər çərçivəsində müəssisə rəhbərləri ilə işgüzar görüşlər keçirilib. Karyerakommunikasiya şöbəsinin əməkdaşları istehsalat təcrübəsi prosesində keyfiyyət problem ilə yanaşı, yeni və səmərəli metodların işlənib hazırlanmasını da diqqət mərkəzində saxlayırlar.

ATMU məzunlarının işlə təminatına da diqqət ayırır. Cari tədris ilində universiteti bitirənlərdən 10 nəfər artıq ixtisaslarına uyğun işlə təmin olunub.

 

Mədəniyyət.- 2022.- 24 avqust.- S.4.