Şahmar Ələkbərovun doğum gününə həsr olunmuş fotosərgi açılıb

 

Avqustun 23-ü tanınmış teatrkino aktyoru, rejissor, Xalq artisti Şahmar Ələkbərovun doğum günü idi. Bu münasibətlə Azərbaycan Dövlət Film Fondunda fotosərgi təşkil olunub.

Fotosərgidə görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən nadir fotolar nümayiş olunur. Sərgi sənətkarın şəxsi arxiv fondunda qorunan fotolar əsasında hazırlanıb.

Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü ildə Gəncədə anadan olub. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib. Bir müddət ADMİU-da assistent işləyən Şahmar Ələkbərov sonralar aktyor sənətindən dərs deyib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərən sənətkar burada maraqlı obrazlar qalereyası yaradıb.

Görkəmli aktyor kinoya 1967-ci ildən çəkilib, 30-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. Onun kinoda ilk roluDağlarda döyüş” filmindəki Fərrux obrazıdır. Bundan sonra aktyor bir-birinin ardınca “Mən ki gözəl deyildim”, “İntizar”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Şahmar Ələkbərov bacarıq və istedadını rejissorluq sahəsində də sınayıb. Rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Bundan sonra müstəqil olaraqSahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib. “Yük” bədii filminin ssenarisiona məxsusdur.

Görkəmli sənətkar 1992-ci il avqustun 12-də, yaradıcılığının çiçəkləndiyi vaxtda, 49 yaşında vəfat edib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 24 avqust.- S.5.