Avstraliyada Azərbaycan tarının vurğunu

 

Con Varney: “Şuşada “Sarı gəlin” mahnısını ifa etmək istərdim”

 

Əgər musiqi bir kainatdırsa, Azərbaycan musiqisi özünün bütün janrları və variantları ilə onun daxilində zəngin qalaktikadır.

Avstraliyalı tanınmış musiqiçi, kontrabas ifaçısı, eyni zamanda Azərbaycan tarının vurğunu Con Varney bu sözləri AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə müsahibəsində deyib.

Azərbaycan musiqisinin heyranı olduğunu vurğulayan musiqiçi Qarabağa səfər etməyi və Şuşada milli musiqimizi ifa etməyi arzulayır.

– Hörmətli Con Varney, zəhmət olmasa, əvvəlcə özünüz haqqında oxucularımıza məlumat verin.

– Mən Avstraliyanın Brisben şəhərində yaşayıram və kontrabasda ifa üzrə ixtisaslaşaraq, simli alətlərdə ifanın pedaqogikasını öyrənmişəm. Bu sahənin peşəkarlarından biri kimi tanınıram. Kontrabasda ifanı İtaliyanın çox məşhur ifaçılarından öyrəndikdən sonra altı il Cənubi Amerikada, Kolumbiyada işləmişəm. Bundan sonra Avstraliyaya qayıdaraq ixtisasım üzrə çalışıram.

– Azərbaycan musiqisinə və tarına maraq sizdə necə yarandı? Ailənizin buna münasibət necə oldu?

Mən dünya xalqlarının musiqisinə həmişə böyük maraq göstərmişəm, Latın Amerikası, türk, fars hind musiqisini ifa etmişəm. 2018-ci ildə Azərbaycana ilk səfərim zamanı musiqi pedaqoqlarının konfransına qatılmaqla yanaşı, axşam saatlarında Azərbaycan musiqisindən ibarət konsertə getmişdim. Konsertdə populyar xalq mahnıları, köklü şəkildə Azərbaycan janrında improvizə edilmiş klassik musiqi, muğam hətta caza belə qulaq asmışdım. Müxtəlif musiqi janrlarının yaratdığı güclü təsir, bu musiqinin dərinliyi genişliyi, sözün həqiqi mənasında, məni valeh etdi. Bu əsrarəngiz ölkənin musiqisini öyrənmək məqsədilə Brisbenə qayıtmazdan əvvəl özümə bir tar aldım. Bu nadir Azərbaycan musiqi alətində ifanı isəYoutube”dakı çarxlardan öyrənməyə başladım. Lakin bütün cəhdlərə baxmayaraq, böyük uğur qazana bilmədim. Həmin ilin dekabrında Bakıya qayıdaraq, yerli müəllimdən beş həftə ərzində tarda ifanın sirlərinə yiyələndim. İlk olaraqBayatı-Şirazmuğamını Sarı gəlinmahnısını ifa etməyi öyrəndim. Avstraliyaya qayıtdıqdan sonra həmin musiqi nömrələrini yaddaşım əsasında ifa etmək üçün inamla çalışdım. Ailəmə gəlincə isə, onlar mənim bu istəyimə böyük maraqla yanaşaraq, dəstək göstərdi.

Azərbaycanda təşkil edilən müxtəlif tədbirlərdə, konsertlərdə çıxışlarınız tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Bəs tarda ifa Avstraliyada necə qarşılanır?

Mən özümü bu sahəni yeni öyrənməyə başlayan həvəskar hesab edirəm. Mənim əsas alətim kontrabas olduğuna görə, Azərbaycan musiqisini əsasən bu alətdə ifa edirəm. Tarda isə xüsusi tədbirlərdə, kiçik kampaniya qarşısında ifa edirəm. Bunun səbəbi isə həmin musiqi alətinin Avstraliyada çox da tanınmaması ilə bağlıdır. Həmçinin düşünürəm ki, Azərbaycan musiqisini anlamaq istəyirsinizsə, onda mütləq bu musiqini milli alətdə ifa edilərkən dinləməlisiniz.

Dediniz ki, tarda ifanı öyrənmək məqsədilə Azərbaycana getmisiniz. Müəlliminiz haqqında da məlumat verərdiniz.

Tarda ifanı mənə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimi Səxavət Məmmədov öyrədib. Mən onu müəllimim olmaqla yanaşı, virtuoz bir ifaçı kimi tanıyıram. O, bir çox xarici ölkələrdə təşkil edilən konsertlərdə uğurla çıxış edib. Biz onunla həm onlayn formatda əlaqə saxlayırıq, həm Azərbaycana hər səfərim zamanı mütləq görüşürük. İşinin çoxluğuna baxmayaraq, o, hər dəfə mənim üçün vaxt ayırır mən buna görə ona çox minnətdaram. Səxavət müəllim mənə tarda ifa ilə yanaşı, Azərbaycan dilini öyrənməkdə yaxından kömək edib.

Bakıda yerli telekanala müsahibə zamanı  Qarabağ, bu qədim Azərbaycan torpağı barədə fikir bildirmisiniz. Azərbaycan mədəniyyətinin beşiyi Şuşaya səfər etsəniz, orada hansı musiqi nömrəsini ifa edərdiniz?

Bakıya səfərlərimin birində üzərindəQarabağ Azərbaycandır!” sözləri yazılmış köynək almışam. Onu geyinməyi çox sevirəm. Azərbaycanlı dostlarımla bir yerə toplaşanda da biz birlikdə bu şüarı səsləndirməyi çox sevirikQarabağ Azərbaycandır! Qarabağa getmək arzumu isə müəllimim Səxavət Məmmədova çoxdan demişəm ilk imkan yaranan kimi böyük məmnuniyyətlə oraya səfər etmək istəyirəm. Bu mənim Azərbaycan ilə əlaqəli ən böyük arzularımdan biridir. Şuşada isəSarı gəlinmahnısını ifa etməyi düşünürəm.

Azərbaycan musiqisini öyrənmək çətindirmi? Əsasən hansı mahnıları bəyənirsiniz?

İstənilən musiqini peşəkar səviyyədə öyrənmək böyük zəhmət tələb edir. Düşünürəm ki, Azərbaycan musiqisi barədə bildiklərim hazırda minimum səviyyədədir. Mən deyərdim ki, musiqi bir kainat qədər sonsuzdur onu tamamilə anlamaq mümkün deyil. Bu mənada Azərbaycan musiqisi özünü bütün janrları variantları ilə bir nəhəng qalaktikanı xatırladır. Mən muğamı ifa etməyə bacarsam da, bu heç mənim onun tamamilə başa düşməyim anlamına gəlməməlidir. Fikrimcə, mən Azərbaycan musiqisini tam anlamaq üçün bu gözəl ölkədə azı bir neçə il yaşamalı tanınmış ustadlardan dərs almalıyam. Mən buna əminəm.

Qeyd etdiyim kimi, mənim əsas ifa etdiyim alət kontrabasdır bu məndən həmin alətlə daha ciddi məşğul olmağımı ifamı təkmilləşdirmək üçün daha uzun müddət məşq etməyi tələb edir. Doğrusunu deyim ki, mənim xüsusi sevgi ilə yanaşdığım mahnı çoxdur, çünki mən Azərbaycan musiqisini bütün spektrləri ilə sevirəm. Məsələn, “GörüşfilmindəkiArzularmahnısı üçün kontrabasda aranjirovkam tamaşaçılar tərəfindən həmişə sürəkli alqışlarla qarşılanır.

– Bu ilin mayında Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar tədbirdə milli musiqi nümunələrini ifa etmisiniz...

Brisbendə yaşayan Azərbaycan icması üzvlərinin sayının az olmasına baxmayaraq, Müstəqillik Günü ilə bağlı bir yerə toplaşaraq bu böyük bayramı qeyd etmək hamı üçün çox sevindirici oldu. Tədbir zamanı mənBayatı-Şirazmuğamını, “Sarı gəlinmahnısını bir neçə digər əsəri ifa etdim. İştirakçılar ifamı sürəkli alqışlarla qarşıladılar. Mən bu diqqəti hörməti həqiqətən çox yüksək qiymətləndirirəm.

Bəs Avstraliyada Azərbaycan musiqi alətlərində ifa etmək istəyənlər, tarda ifanı öyrətdiyiniz tələbələr varmı?

– Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Avstraliyada Azərbaycan musiqisi barədə məlumatı əldə etmək, milli musiqi alətlərində ifanı öyrənmək istəyənlər azdır. Avstraliyada Azərbaycan musiqisini təbliğ edən, milli musiqi alətlərini təqdim edən elə bir mərkəz də yoxdur. Amma düşünürəm ki, zaman keçdikcə bu istiqamətdə dəyişikliklər baş verəcək və şəxsən mən buna yardım etmək üçün əlimdən gələni etməyə hazıram.

– Gələcək fəaliyyət və konsertlər haqqında planlarınızı bilmək maraqlı olardı. Avstraliyada Azərbaycanı yaxşı tanımadıqlarına görə mən öz fəaliyyətimi ilk növbədə sizin ölkəniz haqda məlumatların daha geniş kontekstdə yayılması istiqamətində qurmağa çalışıram. Bu məqsədlə cari ilin sonlarında “Daxili dənizlərin musiqisi” adlı konsert proqramı ilə çıxış etməyi planlaşdırıram. Həmin konsert zamanı Xəzər, Qara və Aralıq dənizlərinin sahillərində yaşayan xalqların – Türkiyə, Gürcüstan, Qazaxıstan, İran, İtaliya və digər ölkələrin musiqi nömrələrini tamaşaçılara təqdim edəcəyik. Təbii ki, həmin konsertdə Azərbaycan musiqisinə də xüsusi yer ayrılacaq.

Bununla yanaşı, Azərbaycandan özümlə gətirdiyim milli musiqi haqda əsərləri də öyrənməyə çalışıram. Düşünürəm ki, həmin kitablar sizin zəngin musiqi mədəniyyətiniz haqda biliklərimi artırmaqla yanaşı, onun Avstraliyada təbliği işinə də yardım edəcək.

 

Mədəniyyət.- 2022.- 26 avqust.- S.5.