Sevilsənədli filmlər festivalına yekun vurulub

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycanda Fransız İnstitutu digər qurumların dəstəyi ilə 13-20 avqust tarixindəSevilBeynəlxalq Qadın Sənədli Film Festivalı keçirilib.

Yerli əcnəbi kino mütəxəssislərinin iştirak etdiyi festivalda ümumilikdə 36 film nümayiş olunub.

Bağlanış mərasimində üç nominasiyada qalib olan filmlər elan edilib.

Tammetrajlı sənədli film nominasiyasıüzrə Mina Laamonun (Finlandiya) “Kədər tərbiyəçisi”, “Beynəlxalq qısametrajlı sənədli film nominasiyasıüzrə Mariana X.Riveranın (Meksika) “Çöl çiçəkləri”, “Yerli qısametrajlı sənədli film nominasiyasıüzrə isə Aynur Kazımovanın (Azərbaycan) “Unudulmuş arzularfilmi festivalın qalibi olub.

Rejissor Aynur KazımovaSevilfest”in 2022-ci il proqramı çərçivəsində AlmaniyanıngoEast” film festivalı tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak hüququ qazanıb.

Festivalda münsiflərin xüsusi mükafatı da təqdim olunub. Müvafiq kateqoriyalar üzrə Ceyms Kiklayterin (ABŞ) “Kimliyin səsi”, Sargol Eslamianın (İran) “Sükut içində pıçıltı” ekran əsərləri münsiflər heyətinin seçimi olub.

 

Mədəniyyət.- 2022.- 26 avqust.- S.8.