Göytürk dövrünün ən qədim yazılı abidəsi

 

Beynəlxalq Türk Akademiyası və Monqolustan arxeoloqlarının birgə ekspedisiyasında aşkar olunub

 

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Akademiyasının (BTA) Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu ilə birgə apardığı arxeoloji tədqiqatlar nəticəsində bu ölkənin Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edilib.

Kompleksin ümumi sahəsi 49x41,5 metrdir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılıb, torpaq qalaqlanaraq qala inşa edilib.

Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağkeçisirəmzi müəyyən edilib. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları yola sərilən gil örtük mövcuddur.

Aşkarlanan daş kitabənin yuxarı hissəsi onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib. Tapılan abidənin iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası həkk olunub.

Kəşfdə iştirak edən alimlər abidənin mətnindənTanrı”, “Türk”, “Kutluq”, “Tümenkimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinib.

Bundan əlavə, bu külliyəTürkadının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir.

Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilib. Nomqon abidəsinin Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.

Qeyd edək ki, BTA Nomqon qazıntılarının nəticələrinə dair elmi nəşr hazırlayacaq türk dövlətlərinin paytaxtlarında təqdimatını keçirəcək. Monqolustanda Göytürk dövrü abidələrinin qazıntıları gələcəkdə davam etdiriləcək.

Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb. COVID-19 pandemiyası səbəbindən iki il fasilə verilənNomqonortaq qazıntıları 2022-ci ilin iyul ayında yenidən bərpa olunub.

“Nomqon-2022” ortaq qazıntılarında BTA-nın işçi qrupu (akademiyanın prezidenti Darxan Kıdıralı, arxeoloqlar Napil Bazılxan Nurbolat Bogenbayev) ilə yanaşı,  Monqolustan Elmlər Akademiyasından professor Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold Narantuyagyin Tsengel, Munkhsaikhany Uuqanbayar da iştirak ediblər. Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutu Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (2022-ci ildə vəfat edib) də məsləhətçi arxeoloq olaraq layihədə yer alıb.

Bundan əvvəl də Beynəlxalq Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adıçəkilən vadiyə xüsusi ekspedisiya təşkil edib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilib. Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar olunub.

 

 

Mədəniyyət.- 2022.- 26 avqust.- S.1;6.