Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir

 

 

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.

Layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin tatrixi tikililərindən olan Mamayı məscidinə həsr olunub.

Qədim Şuşada 17 məhəllə olub. Onlardann doqquzu aşağı məhəllə, səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi.

Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olub. Şəhərin adi yaşayış binalarının dam örtüyünü xatırladan məscidin damında azançı üçün “güldəstə” quraşdırılıb.

Mamayı məscidi sovet dövründə “Poeziya evikimi də fəaliyyət göstərib.

 

Mədəniyyət.- 2022.- 31 avqust.- S.6.