“Daş ürəklərdə
yanıb daşları sındırdı muğam”
Avqustun 26-sı “Azərbaycan
muğamı və İpək Yolu üzərində yerləşən
ölkələrin musiqisi
günü” kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən
qəbul olunan bu qərar xalqımızın
milli sərvəti olan muğamın bəşəri musiqiyə
çevrildiyini bir daha təsdiq edir.
Əlamətdar gün münasibətilə
Bərdə RMİ Yevlax
şəhər Yaradıcılıq
evində “Daş ürəklərdə yanıb
daşları sındırdı
muğam” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən
RMİ-nin rəisi Vəsilə Möhsümova
milli-mənəvi dəyərlərimizin
tərkib hissəsi olan muğamlarımızdan,
bu sənət incilərinin qorunması, təbliği, gələcək
nəsillərə ötürülməsi
istiqamətində həyata
keçirilən tədbirlərdən
danışıb. Daha sonra
gənc musiqiçilərin
ifasında muğamlar,
xalq və bəstəkar mahnıları
səsləndirilib, tanınmış
Azərbaycan şairlərinin
yaradıcılığından nümunələr söylənilib.
***
Gəncə RMİ Gəncə şəhər
MKS-nin Mərkəzi Kitabxanası “Muğam aləmi” adlı kitab sərgisi təşkil edib. Sərgidə muğam sənətinin inkişafına töhfə
verən görkəmli
xanəndələrin audiovizual
nəşrləri, kitablar
və dövri mətbuat materialları nümayiş olunub.
MKS-nin 19 saylı
kitabxana filialı tərəfindən isə
“Milli sərvətimiz
– muğam” adlı tədbir keçirilib. Tədbirdə 19
saylı kitabxana filialının müdiri Elza Əliyeva
çıxış edərək muğam
sənətinin tarixindən və zənginliklərindən
danışıb.
Mədəniyyət.- 2022.- 31
avqust.- S.4.