Naxçıvan xanlığının bayraqları haqqında nəşr Praqada təqdim edilib

 

Xəbər verdiyimiz kimi, 20-28 avqust tarixində Çexiyanın paytaxtı Praqada Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı keçirilib. Tədbirə ölkəmizdən də nümayəndə heyəti qatılıb.

Konfrans çərçivəsində ICOM-un komitələrinin iclasları da keçirilib. İCOMAM (hərb tarixi, hərbi muzeylər və silah kolleksiyaları) Beynəlxalq komitəsinin iclasında “QƏSR” Mədəni İrsiTarixi Abidələri Qoruyaq İctimai Birliyi sədrinin birinci müavini, İCOMAM İdarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov da iştirak edib. O, “Muzeylər hərb tarixinin qoruyucusu: Azərbaycan, Türkiyə və Rusiya muzeylərinin nümunəsində” mövzulu məruzəsində Azərbaycanın dövlətçilik tarixinin müxtəlif dövrlərinə aid bayraqlardan danışıb, Gəncə xanlığının bayraqları nümunəsində Osmanlı imperiyasının bayraqları ilə oxşarlığı qeyd edib.

İclasda Pərvin Gözəlovun Azərbaycan, rusingilis dillərində çap olunmuş “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının təqdimatı keçirilib. Kitabda müəllif tərəfindən Azərbaycanın elmi-mədəni tarixində ilk dəfə olaraq 2015-ci ildə aşkar edilmiş Naxçıvan xanlığının üç bayrağı barədə ətraflı tədqiqat materialı oxuculara təqdim edilir. Həmçinin nəşrdə Azərbaycan tarixində ilk dəfə olaraqGülüstanBuxarest sülhünə əsasən, Cənubi Qafqazın 1809-1817-ci illərin hərbi əməliyyat xəritəsi” çap edilib. Xəritədə Ermənistan dövləti və toponimləri yoxdur. Xəritə Qafqaz Hərbi Dairəsi Qərargahının hərbi-tarix şöbəsində tərtib edilib.

 

 

Mədəniyyət.- 2022.- 31 avqust.- S.4.