Tamara Sinyavskayaya
“Şərəf” ordeni
təqdim edilib
Azərbaycan Respublikası Prezidentinin
5 iyul 2018-ci il tarixində imzaladığı
sərəncamla SSRİ Xalq
artisti, məşhur
opera müğənnisi Tamara Sinyavskaya Rusiya-Azərbaycan
mədəni əlaqələrinin
möhkəmləndirilməsində uzunmüddətli səmərəli
fəaliyyətinə görə
“Şərəf” ordeni
ilə təltif edilib.
Avqustun 26-da mədəniyyət
naziri Anar Kərimov ordeni Bakıda səfərdə
olan Tamara Sinyavskayaya təqdim edib, ona gələcək işlərində uğurlar
və möhkəm cansağlığı arzulayıb.
Azərbaycanın dünya şöhrətli
opera və estrada
müğənnisi, bəstəkar,
SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı
Tamara Sinyavskaya fəaliyyətinin
daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə
görə ölkə
başçısına dərin
təşəkkürünü bildirib.
Sonda xatirə şəkli
çəkdirilib.
Mədəniyyət.- 2022.- 31 avqust.- S.5.