Tanınmış sənətşünas
Cəmilə Həsənzadə vəfat edib
Azərbaycan
Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq
doktoru, məşhur “Təbrizin sehrli nağılları”
kitabının müəllifi Cəmilə Həsənzadə
74 yaşında vəfat edib.
Qeyd edək ki, C.Həsənzadə
1947-ci ildə Bakı şəhərində anadan
olub. 1968-ci ildə Azərbaycan Dövlət
Rəssamlıq Məktəbini, 1973-cü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində
İ.Repin adına İnstitutu
sənətşünaslıq fakültəsini bitirib. 1973-cü ildən Azərbaycan Elmlər
Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi idi,
1983-cü ildən N.Tusi adına Pedaqoji Universitetin bədii
qrafika fakültəsində, İncəsənət
və Mədəniyyət Universitetində və İncəsənət
Gimnaziyasında dərs deyib.
Mədəniyyət.- 2022.- 31 avqust.- S.6.