Sumqayıt teatrında “Kimdir
müqəssir?”
Sumqayıt Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” vodevili əsasında hazırlanmış tamaşanın premyerası noyabrın 27-də olub.
Rejissor Fuad Kazımovun quruluş verdiyi tamaşa Sumqayıt Musiqi Kollecinin kollektivi ilə birgə layihə kimi ərsəyə gəlib. Nümayişdən əvvəl çıxış edən teatrın direktoru səlahiyyətlərini icra edən Əməkdar artist Vidadi Məmmədov və rejissor Fuad Kazımov uğurlu əməkdaşlığa görə təhsil ocağının kollektivinə təşəkkür edib, belə aksiyaların gənclərin teatra cəlbində olunmasında əhəmiyyətini vurğulayıblar.
Tamaşada diqqətçəkən
məqamlardan biri də səhnədə
canlı musiqi ilə müşayiət olub. Könül Bəkirovanın
rəhbərlik etdiyi musiqi
qrupu tamaşaya fərqli
ovqat verə bilib. Səhnə nümunəsinin quruluşçu
rəssamı Nizami Dadaşov,
icraçı rəssamı Arif Müzəffərov,
musiqi tərtibatçısı sənətşünaslıq
üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. İki
heyətlə qurulan tamaşanın
premyerasında rolları Elay Xasıyev, Vəfa
Qurbanova və Elmir Mehdiyev ifa ediblər.
Mədəniyyət.- 2022.- 2
dekabr.- S.4.