Gənc Tamaşaçılar Teatrında “Şeyx Sənan”

 

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şairdramaturq Hüseyn Cavidin (1882-1941) 140 illiyi ölkə başçısının sərəncamına əsasən silsilə tədbir və layihələrlə qeyd edilir.

Ədibin “Şeyx Sənan” dramı 20 ildən çoxdur ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında yer alıb. Noyabrın 26-da tamaşanın növbəti nümayişi keçirilib. 

Nümayişdən öncə teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmış mütəfəkkir şair, görkəmli dramaturq haqqında fikirlərini bölüşüb.

Daha sonraŞeyx Sənan” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

 

Mədəniyyət.- 2022.- 2 dekabr.- S.3.