Milli klassika

 

Teatr Xadimləri İttifaqının 125 illiyi münasibətilə festival

 

Dekabrın 10-dan 16-dək Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə “Milli klassika” adlı festival keçiriləcək. Teatr festivalı ATXİ-nin 125 illiyinə həsr olunub.

Festivalda 11 teatr və 1 təhsil ocağı ümumilikdə 13 tamaşa ilə iştirak edəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulacaq. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilib.

Festivalın məqsədi Azərbaycan teatrında, ümumilikdə milli mədəniyyət məkanında yaradıcılıq proseslərini fəallaşdırmaqdır.

Qeyd edək ki, festivalın tamaşaları ATXİ-nin səhnəsində, Akademik OperaBalet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında oynanılacaq.

 

Mədəniyyət.- 2022.- 7 dekabr.- S.5.