Antalyada “Cənnətim Qarabağ

 

Türkiyənin Antalya şəhərində Şuşanın 270 illiyi ilə bağlı “Cənnətim Qarabağmövzusunda silsilə tədbirlər keçirilib.

Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Antalya Təhsil İdarəsi və Kəpəz Bələdiyyəsinin birgə təşkilatçılığı ilə tədbirlər şəhərdəki İncəsənət və Gülverən Anadolu liseylərində, eləcə də Erdem Bayazıt Mədəniyyət Mərkəzində təşkil olunub.

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası heyətinin də qatıldığı tədbirlər zamanı əl işləri və Qarabağ, Şuşa haqqında nəşrlərdən ibarət kiçik sərgi də açılıb.

Dərnəyin sədri Ceyran Səttarova, Antalya Təhsil İdarəsinin rəhbəri Emre Çalışkan, liseylərin müdirləri, İncəsənət gimnaziyasının müəllimi Hicran Sadıqzadə çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığı və şanlı Qarabağ Zəfəri haqqında danışıblar. Ölkələrimiz arasında tarixi münasibətlərin Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının prinsipi əsasında davam etdiyi qeyd edilib.

Bədii hissədə İncəsənət gimnaziyasının müəllim və şagirdləri, eləcə də Əməkdar artist Firuzə İbadova konsert proqramı ilə çıxış ediblər. Proqramlarda muğam, xalq mahnıları və milli rəqslər ifa olunub, səhnəciklər göstərilib.

Sonda iştirakçılara xatirə lövhələri, təşəkkürnamələr təqdim edilib.

 

Mədəniyyət.- 2022.- 9 dekabr.- S.8.