Sənətşünas alim Toğrul Əfəndiyev vəfat edib

 

 

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli İncəsənət Muzeyi Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev 6 dekabr 2022-ci ildə, 62 yaşında vəfat edib.

Toğrul Əfəndiyev 1 yanvar 1960-cı ildə Bakıda tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyevin ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 1982-1988-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Elmi araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

1986-cı ildəAzərbaycan incəsənətində təsviri motivlər (VII-XV yüzilliklər)” mövzusunda namizədlik dissertasiyası (fəlsəfə doktorluğu) müdafiə edən T.Əfəndiyev çoxsaylı elmi məqalələrin müəllifi, Azərbaycan  mədəniyyət incəsənətini beynəlxalq arenada təmsil edən bir sıra sərgi, festival təqdimatların təşəbbüskarı, təşkilatçısı iştirakçısı olub. O, Azərbaycan kəlağayı sənətinin UNESCO-daBəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na salınması üçün nominasiya faylının hazırlanmasında yaxından iştirak edib.

Toğrul Əfəndiyev 2017-ci ildə dövlət başçısının müvafiq sərəncamı iləƏməkdar mədəniyyət işçisifəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvü idi.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 9 dekabr.- S.6.