Berlində Firəngiz Əlizadənin yubiley konserti

 

Azərbaycanın Almaniyadakı Səfirliyi dekabrın 6-da Berlində görkəmli bəstəkar, UNESCO-nun “Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə konsert təşkil edib. Tədbirə yubilyar özü qatılıb.

Səfirlikdən bildirilib ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Firəngiz Əlizadə haqqında film nümayiş olunub.

Firəngiz Əlizadənin həyat yaradıcılığından söhbət açılıb. Qeyd edilib ki, gənc yaşlarından musiqi əsərlərinin müəllifi olan bəstəkar beynəlxalq səviyyədə uğurlara imza atıb. Onun əsərləri dünyanın bir çox tanınmış musiqiçiləri orkestrləri tərəfindən ifa olunur. Bəstəkar Azərbaycan xaricdə pedaqoji fəaliyyətlə məşğul olur çoxlu sayda musiqiçilərin yetişməsində əməyi var.

Sonra Azərbaycandan gələn musiqiçilərin ifasında Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert təqdim olunub. BəstəkarınRəqs”, “Dastan”, “İmpuls”, “Muğamsayağı digər əsərləri böyük maraqla dinlənilib.

 

Mədəniyyət.- 2022.- 9 dekabr.- S.8.