Onlarda da gəlinsüpürgəolmadı...

 

Özbək teatrının Bakıda nümayiş olunanQayınana”sı maraqla qarşılandı

 

Az qala bəşəri problemlər sırasına daxil olub klassik gəlin-qayınana məsələsi. Bir daim gah şişi, gah da kababı yanmağa qoymamaq üçün dəridən-qabıqdan çıxıb, axırda elə özü manqalın ən odlu yerinə düşən oğul, ər mövzusu.

Zaman-zaman müəyyən tragikomik hadisələr fonunda həyatdan efir-ekrana, teatr səhnəsinə gəlib çıxan bu mövzunun bizim cəmiyyət üçün etalonu məşhurQayınanafilmidir. Ona mehriban gəlin-qayınanadan düşmən külfətlərə qədər hamısı baxır, qəşş edənə qədər gülürlər. Belə olmasaydı, az qala ilin 12 ayı Azərbaycan kanallarındaQayınana”nı görüb baxmazdıq. Sizi bilmirəm, mən bu məşhur filmə az qala 100 dəfə baxmışam. Özü hər dəfə ayrı maraqla, həm isə taparaq...

Bilmirəm, hikmətdir, amma bu sadə məişət mövzusu nəinki bizim, hətta qonşu ölkələrin, xüsusən qardaş türk dövlətlərinin musiqisindən, kino səhnəsindən bu ya digər şəkildə keçib.

Mətləbdən uzaq düşmədən keçək özbək qardaşlarımızın Bakıda nümayiş etdirdikləriQayınanatamaşasına. Xəbər verdiyimiz kimi, dekabrın 1-dən 6-dək Özbəkistanın Səmərqənd vilayəti Kattakurqon Şəhər Dram Teatrının yaradıcı heyəti Bakıda qastrol səfərində idi. Həmin teatrda, özü bizim rejissor tərəfindən hazırlanan tamaşa üç gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olundu. Qonaq kollektiv həm tamaşa salonunu doldura bildi, həm haqq etdikləri sevgi alqışı aldı.

Xatırladım ki, tamaşaya Akademik Musiqili Teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov quruluş verib. Bu ilin yazında  Avrasiya Teatrlar Birliyinin nümayəndələri Gəncəyə səfər edərkən rejissorun bu şəhərin teatrında qoyduğuCavad xantarixi dramına baxırlar onu ölkələrinə dəvət edirlər.

Qardaş ölkəyə gedən rejissorun dediyinə görə, özbəklərin az qala əzbər bilib sevərək izlədikləriQayınana”nı təxminən bir aya hazırlayıb. Stalin repressiyaları zamanı Səmərqənd vilayətinə sürgün edilmiş azərbaycanlıların çox olduğu, bundan başqa, Azərbaycan mədəniyyətinə sevginin dərin kök saldığı Kattakurqon şəhərinin teatrında bu tamaşa gündə 3-4 seans, həm dolu zala oynanılır. Tamaşanın Bakı teatrsevərləri üçün nümayişini arzulayan bizlərin reaksiyası ilə daha çox maraqlanan yaradıcı heyətin bu arzusu da yerdə qalmadı...

İndi isə ilk nümayiş günü haqqında. İstər səhnədəkilərin, istərsə pərdə arxasındakıların həyəcanla gözlədiyi yaradıcı təmasdan əvvəl səhnəyə hər iki ölkənin teatr rəhbərləriAkademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Kattakurqon Şəhər Dram Teatrının direktoru Batır Tuqalov çıxaraq səfərin mahiyyətindən, xalqlarımızın qardaşlığından, səhnənin, sənətin ən yaxşı ünsiyyət vasitəsi olmağından danışdılar.

Sonra söz verildi səhnənin əsl sahiblərinə, yəni aktyorlara. Qısa arayış üçün deyim ki, “Qayınanatamaşası ilk dəfə 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda elə indiki Akademik Musiqili Teatrda səhnəyə qoyulub (müəlliflər: Məcid Şamxalov Zakir Bağırov). Tamaşanın uzun illər repertuarda olmasına rəğmən yaddaşlarda daha çox film versiyası yer edib. Filmi isə 1978-ci ildəAzərbaycanfilm”də rejissor Hüseyn Seyidzadə ekranlaşdırıb.

Bu klassik səhnə nümunəsi Əsgər Əsgərovun quruluşunda özbək teatrının repertuarında da özünün uğurlu taleyini yaşayır. Bunu oyunda bişən onu istənilən auditoriyaya ustalıqla çatdıra bilən (hərçənd o teatr dram teatrıdır orkestri olmadığına görə musiqili komediyalara o qədər meyil göstərmir) heyəti görən hər kəs təsdiq edə bilər.

Bu “Qayınana”nın quruluşçu rəssamı Özbəkistanın Əməkdar rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı azərbaycanlı bəstəkar Sevda Əliyevadır.

Tamaşada Cənnət obrazını Özbəkistanın Əməkdar artisti Gülbahar Məmmədova ifa edir. O Gülbahar ki, ölkəsində kifayət qədər məşhurdur. Əsasən dramatik aktrisa kimi tanınsa da, komik obrazın da öhdəsindən məharətlə gələ bildi. Özü bizim unudulmaz Nəsibə Zeynalovanın oyun təsirində qalmadan.

Digər rolları isə əsas etibarilə gənclərdən ibarət heyətCəsurbəy Axmatov (Ayaz), Umnisa Aminova (Sevda), Həbibulla Abdullayev (İlqar) Əzizə Mamatnuradova (Afət) ifa edirdi.

Onu da deyim ki, tamaşanın mətnini əzbər bilməyimizdənmi, ya dillərimizin çox bənzərliyindənmi heç birimiz çətinlik çəkmədik: ifaçılar tamaşaçı ilə ünsiyyətdə, tamaşaçılar səhnədəki qəhrəmanların özünüifadə canfəşanlığında.

Xüsusən aforizmə çevrilənGəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdırkimi məşhur ifadələr özbək dilavər, daha cavan, özü Məndən canınızı qurtarmağa hələ uzun illər varədalı qayınananın (G.Məmmədova) ifasında orijinal, baxımlı ən əsası da gülməli (bütün istəkləri, sözsüz ki, bu idi) alınmışdı.

Özbək teatr təmsilçiləri sadə məişət qayğılarını, gündəlik mübahisədən yaranaraq parçalanmanı, daha doğrusu, əzazil qayınana üzərində oyun qurmaqla, onu cəzalandırmağa hesablanmış addımı yaxşı duymuşona özbək ailəsinin gözündən, öz həyat ayinələrindən baxmağa çalışmadılar. Tamaşanın təbii təsir gücündə də məhz bu faktor böyük rol oynadı. Məsələn, ana ilə oğulun, qonşu ilə deyingən qayınananın münasibətlərində biz bizə yaxşı tanış olan mövzuya özünəməxsus oyun koloriti ilə əlavələri də gözüyumulu qəbul elədik.

Hər iki xalqın dostluq və qardaşlığının hakim olduğu tamaşanın musiqi tərtibatındakı qarmaqarışıqlığın da əsl səbəbi məhz bunda idi. Azərbaycan mahnılarını el şənliklərindən gündəlik həyatlarına hər zaman səsləndirən özbəklərin ən sevdikləri (təbii ki, müəyyən mənada həm də mövzuya uyğun) mahnılar seçilmişdi.

Rejissor burada Afətə Babəkin əlbisəsini (“Babək” kinofilmindən musiqinin müşayiətində) geyindirib qılınc-zirehlə qayınana ilə döyüşə də “sövqetmişdi. Hərçənd buoxşar daha 2-3 səhnəciyin nə mizan, nə də ifadə nizam və mənası yox idi...

Qısacası, mövzuya yaxşı bələd olan, bizim “Qayınana”mıza dərin sevgi ilə bağlananonun təsiri altında əzilmədən oyun sərgiləyən qardaş teatrın aktyor heyətini məhz bu cəsarətlərinə görə alqışlayır, qarşılıqlı səfərlərin davamlı olmasını arzulayırıq.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2022.- 9 dekabr.- S.5.