Mədəniyyət naziri Sərdar Fərəcovu yubileyi münasibətilə təbrik edib

 

Mədəniyyət naziri Anar Kərimov dekabrın 9-da Xalq artisti, görkəmli bəstəkar, tədqiqatçı, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovla görüşüb.

Sərdar Fərəcovu 65 illik yubileyi münasibətilə təbrik edən nazir onun musiqi sənətinin inkişafındakı xidmətlərini, o cümlədən pedaqoji fəaliyyətini vurğulayaraq sənətkara ən xoş arzularını çatdırıb.

Bildirib ki, yubilyar sənətkar Azərbaycan mədəniyyətini, musiqi sənətini respublikada və xaricdə təbliğində bir sıra tədbir və layihələrin təşkilatçısı və iştirakçısı olub. Sərdar Fərəcov müxtəlif illərdə 50-dən çox tamaşaya musiqi bəstələyərək musiqi sənətinin inkişafına töhfələrini verib.

Anar Kərimov yubileyi münasibətilə Sərdar Fərəcova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, sənətkarı Mədəniyyət NazirliyininŞuşa – 270” döş nişanı ilə təltif edib.

Sərdar Fərəcov göstərilən diqqətə görə nazirə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2022.- 14 dekabr.- S.3.