Mədəniyyətimizin böyük hamisi yad olunub

 

Azərbaycan Milli Kitabxanasında görkəmli dövlət xadimi, müdrik siyasətçi, Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, bu gün müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Heydər Əliyevin vəfatından 19 il ötür. Ulu öndərin müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkəmizdə əmin-amanlıq, sabitlik yaranıb, hərc-mərcliyə, xaosa son qoyulub, davamlı inkişafın təməlləri atılıb.

Vurğulanıb ki, Ulu öndər ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə (1995-1997) 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanıb və ciddi çətinliklər dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb.

Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova bildirib ki, Ulu öndər ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İlielan edilib və Azərbaycan Milli Kitabxanası da əlamətdar ilə töhfə olaraq çoxsaylı layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Daha sonra tədbir iştirakçıları Ulu öndərin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2022.- 14 dekabr.- S.5.