Bu muzeydə 300-dən çox növdə minerallar toplanıb

 

Azərbaycan Dövlət Neft Sənaye Universitetində (ADNSU) zəngin mineral eksponatların toplandığı muzey fəaliyyət göstərir. Mineralogiya muzeyində 56 ölkədən 300-dən çox növdə 6600-dək mineral nümunəsi nümayiş etdirilir. Onların əksəriyyəti nadir minerallardır.

Muzeyin direktoru, ADNSU-nun Faydalı qazıntı yataqlarının geologiyası işlənməsi kafedrasının dosenti Ağamehdi Ağayev bildirib ki, mineral nümunələrinin xeyli hissəsi Azərbaycanın bölgələrində olan yataqlardan götürülüb. Qarabağ bölgəsində zəngin mineral yataqları mövcuddur. Həmin yataqlardan götürülən mineral nümunələrinin tərkibi olduqca zəngindir.

Muzeydə mineral nümunələrinin adı, kimyəvi tərkibi yatağı qeyd edilib kataloqu hazırlanıb. Burada tərkibində qızıl, gümüş digər nadir materiallarla zəngin olan mineral nümunələri toplanıb. Muzey Ukrayna, Rusiya, Türkiyə, Orta Asiya ölkələrinin elmi qurumları ilə əməkdaşlıq edir. Həmin ölkələrdən müxtəlif növdə mineral nümunələri gətirilir tədqiq olunur.

Universitetin alim tələbələri öz elmi tədqiqatlarında muzeyin imkanlarından istifadə edirlər. Universitetə gələn xarici ölkə alimləri, tədqiqatçılar, digər qonaqlar da muzeyi ziyarət edərək burada nümayiş etdirilən mineral nümunələri, onların tərkibi ilə maraqlanırlar.

 

Mədəniyyət.- 2022.- 16 dekabr.- S.7.