Sənətçilərimiz Minsk Milad Opera Forumunda

 

Xəbər verdiyimiz kimi, 13-18 dekabr tarixlərində keçirilən XII Minsk Beynəlxalq Milad Opera Forumunda azərbaycanlı sənətçilərAzərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev Sankt-Peterburq Mariinski Teatrının solisti Məhərrəm Hüseynov da iştirak ediblər.

Belarusun Böyük Teatrı təşkil etdiyi ənənəvi sənət bayramında dünya klassik musiqisinin incilərindən P.ÇaykovskininYevgeni Onegin”, C.PuççinininTurandot”, C.Rossinininİpək nərdivan”, Q.DonisettininSevgi şərbətioperaları nümayiş olunub.

Dekabrın 14-də “Helikon-Opera”nın (Moskva) təqdimatında “Turandot” operasını dirijor Ə.Quliyev idarə edib. 16 dekabrda isə Belarus Böyük Teatrının “Sevgi şərbəti” tamaşasında Dulkamara partiyasını Məhərrəm Hüseynov ifa edib.

Əyyub Quliyev bildirib ki, “Turandot” tamaşasında əsas partiyaları  “Helikon-Opera”nın solisti İvan Qınqazov (tenor) və Belarus Böyük Teatrının aparıcı solistlərindən soprano Anastasiya Maleviç (Turandot) ifa ediblər. Ən mürəkkəb səhnə əsərlərindən olanTurandot” operasında möhtəşəm orkestrxorla bərabər, səhnəarxası nəfəs alətləri orkestri, uşaq xoru, ekzotik zərb alətləri və rəqs qrupu da yer alıb. Qısa zamanda baş tutan məşqlərə baxmayaraq tamaşaçılar ifaçıları ayaqüstə alqışlayıblar. Azərbaycanlı dirijorbaş rolların ifaçıları Milad Opera Forumunun diplomları ilə təltif olunublar.

Azərbaycanlı bas-bariton Məhərrəm Hüseynovun baş rolda çıxış etdiyi Q.DonisettininSevgi şərbəti” operası da tamaşaçıların sürəkli alqışlarını qazanıb.

Məhərrəm Hüseynov XII Minsk Beynəlxalq Milad Opera Forumunun qala-gecəsində də səhnəyə çıxıb. O, Özbəkistandan məşhur tenor Ramiz Usmanov, “Metropolitan-Opera”nın (ABŞ) solisti Kristian Benedikt və digər opera teatrlarından dəvət olunmuş vokalçılarla birlikdə çıxış edib.

 

Mədəniyyət.- 2022.- 21 dekabr.- S.8.