2022-ci ildə qalanlar...

 

Mədəniyyətimizin itkiləri

 

2022-ci ildə mədəniyyət, ədəbiyyat, incəsənət adına çoxlu itkilərimiz də oldu. Ömür yolu bu il bitənləri xatırlayaq...

1 yanvardiplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı, 1992-2004-cü illərdə ölkəmizin UNESCO-da daimi nümayəndəsi Ramiz Abutalıb oğlu Abutalıbov (27.10.1937 – 2022) vəfat edib.

4 yanvartanınmış fotojurnalist Babayev Kamal Həbib oğlu (3.6.1927 – 2022).

8 yanvarAzərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal; 1.3.1947 – 2022).

14 yanvaruzun illərAzərbaycanfilm”də çalışmış kinorejissor Ramiz Əliyev (Ramiz Hindarxlı; 15.3.1938 – 2022).

19 yanvarkino təşkilatçısı, prodüser Aydın Əşrəf oğlu Abdullayev (7.6.1951 – 2022).

27 yanvarteatrşünas, rejissor, Azərbaycanda beynəlxalq teatr tədbirlərinin təşkilində fəal iştirak etmiş Şaiq Cabir oğlu Səfərov (18.12.1954 – 2022).

3 fevralƏməkdar mədəniyyət işçisi, kino televiziya operatoru Nəriman Səttar oğlu Şıxəliyev (14.10.1934 – 2022).

5 fevralƏməkdar jurnalist, Azərbaycan mədəniyyəti ilə bağlı kitabların müəllifi Qalina Alekperovna Mikeladze (1931-2022).

7 fevralşair, tərcüməçi Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev; 10.6.1938 – 2022).

8 fevralƏməkdar rəssam, ADRA nəzdində İncəsənət Kollecinin direktoru Fikrət Məmməd oğlu Həşimov (19.2.1948 – 2022).

8 fevralƏməkdar mədəniyyət işçisi, AMEA Əlyazmalar İnstitutunun baş rəssamı, miniatürçü Fəxrəddin Vəli oğlu Əli (10.5.1938 – 2022).

13 fevralyazıçı-dramaturq, jurnalist, Əməkdar incəsənət xadimi Əfqan (Hacıağa oğlu Əsgərov; 23.9.1929 – 2022).

17 fevralşair, tərcüməçi, ədəbiyyatşünas Ənvər Əhməd (Ənvər Misir oğlu Əhmədov; 8.8.1943 – 2022).

23 fevralXalq artisti, qoboy ifaçısı, bəstəkar pedaqoq Kamil Cəlil oğlu Cəlilov (29.1.1938 – 2022).

24 fevralƏməkdar incəsənət xadimi, televiziya diktoru, rejissor Arif Lətif oğlu Qazıyev (17.5.1938 – 2022).

25 fevralXalq artisti, ustad xanəndə, mahnı təsniflərin müəllifi Əlibaba Balaəhməd oğlu Məmmədov (5.2.1930 – 2022).

4 mart – Əməkdar rəssam, heykəltəraş Albert Zaman oğlu Mustafayev (26.1.1931 – 2022).

11 martXalq yazıçısı, dramaturq, ssenarist, Dövlət mükafatları laureatı Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5.2.1939 – 2022).

1 aprelXalq artisti, teatr xadimi, rejissor Zülfüqar Qulu oğlu Abbasov (3.5.1940 – 2022).

8 aprelakademik, tanınmış etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov (20.1.1928 – 2022).

11 may – Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, sənədli filmlər müəllifi Musa Ağabəy oğlu Bağırov (10.5.1932 – 2022).

10 may – Əməkdar mədəniyyət işçisi, jurnalist Məzahir Bəybala oğlu Süleymanzadə (22.12.1952 – 2022).

16 may – Əməkdar incəsənət xadimi, televiziya xadimi Fuad Zülfüqar oğlu Vəlixanov (1.5.1941 – 2022).

19 may – Xalq artisti, teatr rejissoru, Prezident təqaüdçüsü Vaqif Firudin oğlu Əsədov (5.4.1947 – 2022).

7 iyunƏməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Abbas oğlu Əhmədli (1.7.1942 – 2022).

8 iyunyazıçı-jurnalist, ssenarist İntiqam Alı oğlu Mehdizadə (14.2.1945 – 2022).

21 iyunmusiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Aida Nemət qızı Hüseynova (1964-2022).

10 iyulƏməkdar mədəniyyət işçisi, publisist, yazıçı, tədqiqatçı Ənvər Çingizoğlu (Fərəcov; 10.5.1962 – 2022).

16 iyulAzərbaycan telejurnalistikasının tanınmış simalarından biri, Əməkdar jurnalist Mais Məmmədov (12.7.1938 – 2022).

17 iyulbəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova (28.11.1939 – 2022).

9 avqustƏməkdar rəssam Arif Əli oğlu Məhərrəmov (5.8.1948 – 2022).

16 avqusttanınmış müğənni, aktrisa  Firəngiz Rəhimbəyova (6.8.1960 – 2022).

27 avqustsənətşünas, Azərbaycan miniatür sənətinin görkəmli tədqiqatçısı, professor Cəmilə Yusif qızı Həsənzadə (7.12.1947 – 2022).

3 sentyabrƏməkdar incəsənət xadimi, şair, tərcüməçi Səyavuş İmran oğlu Məmmədzadə (2.10.1935 – 2022).

4 sentyabrƏməkdar rəssam, ADRA-nın dosenti Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli; 19.7.1946 – 2022).

5 sentyabrƏməkdar incəsənət xadimi, dirijor Fazil Böyükağa oğlu Əliyev (23.6.1945 – 2022).

15 sentyabrƏməkdar mədəniyyət işçisi, musiqi təşkilatçısı İldırım Əli-Nazir oğlu Kasimov (7.12.1933 – 2022).

15 sentyabrƏməkdar elm xadimi, nizamişünas, tərcüməçi, mətnşünas, filologiya üzrə elmlər doktoru Xəlil Həmid oğlu Yusifli (17.7.1935 – 2022).

18 sentyabrƏməkdar mədəniyyət işçisi, teatrşünas, publisist Atababa İsmayıl oğlu Hacıbabayev (22.9.1947 – 2022).

30 sentyabrmüğənni, bəstəkar Rəhim Rəhimli (28.12.1976 – 2022).

9 oktyabrƏməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova (12.7.1940 – 2022).

15 oktyabrƏməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Şakir Hənifə oğlu Yaqubov (25.2.1951 – 2022).

23 oktyabrƏməkdar artist, ustad xanəndə Süleyman Cümşüd oğlu Abdullayev (14.2.1939 – 2022).

1 noyabrƏməkdar incəsənət xadimi, kinorejissor, ssenarist  Leyla Həzrət qızı Səfərova (15.10.1945 – 2022).

19 noyabrƏməkdar mədəniyyət işçisi, teatr xadimi Natiq Məmməd oğlu Gülməmmədov (10.6.1955 – 2022).

6 dekabrƏməkdar mədəniyyət işçisi, sənətşünas, Milli İncəsənət Muzeyinin əməkdaşı Toğrul Rasim oğlu Əfəndiyev (1.1.1960 – 2022).

15 dekabr – Bəstəkar, pedaqoq, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim Oqtay Məmmədağa oğlu Rəcəbov (5.4.1941 – 2022).

19 dekabr – Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov (27.11.1934 – 2022).

22 dekabrXalq artisti, tarzən Fikrət Süleyman oğlu Verdiyev (2.9.1947 – 2022).

23 dekabr – Əməkdar incəsənət xadimi, teatr rejissoru Oruc İzzət oğlu Qurbanov (24.7.1949 – 2022).

 

V.Kamal

Mədəniyyət.- 2022.- 29 dekabr.- S.6.