Mərkəzi İncəsənət Məktəbinin kitabxanasında elektron baza

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yenidən bərpa edilmiş kitabxananın təqdimatı keçirilib.

Kitabxanaçı Ülviyyə Bayramova kitabxana fondunu ixtisaslar üzrə sistemləşdirib, elektron baza və kitabxananın kataloqunu yaradıb.

Məktəbin direktoru – Əməkdar artist, dosent Əziz Qarayusifli çıxış edərək zəngin fondu olan kitabxananın əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, kitabxananın yenidən təşkilində musiqişünas Nərgiz Kərimova, kitabxanaçılar Gülnar TarverdiyevaSevda Məmmədovanın, kitabxananın rəsm əsərləri ilə tərtibatında məktəbin rəssamlıq ixtisası üzrə müəllimi Əli Ağadadaşovun xidmətləri olub.

Oxucular artıq yeni yaradılmış elektron bazakataloq vasitəsilə kitabxana ilə yaxından tanış ola biləcəklər.

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.7.