Müxtəlif səpkili tədbirlər

 

Sumqayıt RMİ Zəngilan rayon Mədəniyyət evində “Qarabağ ilmələrdə” adlı sərgi açılıb. Tədbirdə idarənin Zəngilan rayonu nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov və digər qonaqlar xalçaçılıq sənəti, xalçaçılığın inkişafı, maddi mədəni irsin qorunması haqqında çıxışlar ediblər.

 

Şəki RMİ Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbi Qazaxıstanın Astana şəhərində keçirilən onlayn beynəlxalq vokalinstrumental müsabiqəsində təmsil olunub. Şagirdlərdən Hicran İsmayılova, Nazlı Hacıməsimova I, İlknur Həmzətli, Səma Lətifova, Murad Mustafayev II, Şəms Həmidova isə III dərəcəli laureat adını qazanıb.

Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzinin 1 saylı şəhər klubundaNarkomaniya insanlığın düşmənidir” mövzusunda tədbir keçirilib. Çıxış edənlər narkomaniyanın fəsadları barədə söz açıblar.

 

Masallı RMİ Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən, Cəlilabad şəhər 11 saylı “Mələk” körpələr evinin iştirakı ilə tədbir keçirilib. Mərkəzin direktoru Ofeliya Qəhrəmanova uşaqları zərərli informasiyalardan qorumaqla bağlı valideynlərlə söhbət aparıb. Sonra balacalar Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunanXeyirxah kirpi”, “Balaca ev” və “Ən güclü kimdir?” cizgi filmlərini izləyiblər.

 

N.Məmmədli

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.4.