Məşhur vokalçının Bakıda ustad dərsiləri

 

Bolşoy Teatrın ulduzlarından biri

 

 

 

Rusiyanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Moskva Dövlət Konservatoriyasının professoru Larisa Rudakova Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı rəhbərliyinin  dəvəti ilə teatrda çalışan gənc vokalçılara ustad dərsi keçəcək.

Ustad dərsləri 6-13 fevral tarixində keçiriləcək.

L.Rudakova 1992-ci ildə Moskva Dövlət Konservatoriyasını bitirərək Akademik Böyük Teatrda (Bolşoy Teatr) çalışmağa başlayıb. Lirik-koloratur səs tembrli vokalçı 90-cı illərdə bir-birinin ardınca beynəlxalq müsabiqələrdə qalib gəlib. 1995-ci ildə BBC telekorporasiyası Larisa Rudakovanın adını dünyanın ən yaxşı gənc vokalçısı beşliyinə daxil edib.

Larisa Rudakova Bolşoy Teatrla yanaşı, dünyanın bir sıra məşhur opera səhnələrində çıxış edib, N.Gedda, V.Kazarova, P.Dominqo, F.Arayza, L.Nuççi, Y.Nesterenko, Y.Obrazsova, T.Sinyavskaya kimi opera ulduzları ilə eyni səhnəni paylaşıb. Teatr səhnəsində Violetta (“Traviata”), Müzetta (“Bohema”), Cilda (“Riqoletto”), Mikaela (“Karmen”), Lyudmila (“RuslanLyudmila”), İolanta (“İolanta”) və başqa partiyaları ifa edib.

P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının müəllimi olan vokalçının tələbələri beynəlxalq müsabiqələr laureatıdır, RusiyaAvropa teatrlarında solist olaraq çalışırlar.

Xatırladaq ki, Larisa Rudakova 2009-cu ildə Bakıda konsert proqramı ilə çıxış edib, 2019-cu ildə isə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı rəhbərliyinin dəvəti ilə azərbaycanlı həmkarlarına ustad dərsi keçib.

 

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.5.