Türk tarixinin Avşarlar boyu

 

 Dünya Avşarlar dərnəyi  Adanada toplanıb

 

Nadir şah Əfşar təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünya tarixinin dahi şəxsiyyətlərindən biridir.

 

Bu fikir yanvarın 29-da Türkiyənin Adana şəhərində Dünya Avşarlar Dərnəyinin (Dünya Avşarlar Təhsil, Mədəniyyət Yardımlaşma Dərnəyi) yaradılmasının 6-cı ildönümünə həsr olunan beynəlxalq konfransda səslənib.

 

 Azərbaycan Tarixçiləriİctimai Birliyindən bildirilib ki, konfransa Azərbaycan, Türkiyə, Şimali Kipr, Suriya, İraq, Türkmənistan başqa ölkələrdən nümayəndələr qatılıb.

 

Tədbiri giriş sözü ilə açan Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya ötən illərdə həyata keçirdikləri fəaliyyətdən bəhs edib. O, Nadir şah Əfşara həsr olunan ilk beynəlxalq elmi konfransın üç il əvvəl Bakıda keçirildiyini diqqətə çatdırıb böyük sərkərdənin ümumtürk tarixində xüsusi yeri olduğunu vurğulayıb.

 

Dünya Avşarlar Dərnəyinin Azərbaycan təmsilçisi, şair Şöhlət Əfşar qeyd edib ki, Nadir şah tarixin gedişini dəyişdirən sərkərdədir. O, tarixdə üç imperiyaÇar Rusiyası, Osmanlı Böyük Moğol imperiyaları ilə savaşdan qalib çıxan çökmüş Səfəvi imperiyasının ərazisini daha da genişləndirərək Əfşarlar imperiyasını yaradan böyük hökmdardır...”.

 

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Yaqub Mahmudov çıxışında bildirib ki, tarixinə sahib çıxan xalq yenilməzdir, tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur: “Xalqımızın tarixə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri Nadir şah Əfşardır. O, Əfşarların Qırxlı boyundan idi. Dərbənddəki Qırxlar məscidi, Qırxlar qəbiristanlığı, Qırxlar məhəlləsi Qırxlar qapısı bu boyun yadigarlarıdır. Nadir şahı amansızlıqda, qırğınlar törətməkdə suçlayanlar yanılırlar, çünki bu barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. O, məzhəb ayrılığına son qoymağa çalışırdı. Lakin Nadir şahın qətli ilə başlatdığı islahatlar yarımçıq qaldı Azərbaycan tarixində fəlakətli bir dövr başlandı...”.

 

Yaqub Mahmudovun çıxışı tədbir iştirakçıları tərəfindən hərarətli alqışlarla qarşılanıb. Beynəlxalq konfransda qeyd olunub ki, Əfşarlar imperiyası Səfəvilərin davamı idi.  Tarixdə üç hökmdarMakedoniyalı İskəndər, Əmir Teymur Nadir şah Əfşar Hindistanı fəth edə bilmişdi.

 

Tədbirdə  tarixçi-alimlər Yaqub Mahmudov Tofiq Mustafazadənin müəllifi olduqlarıNadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdəkitabı (2019) iştirakçılara təqdim edilib.

 

Sonda Azərbaycan nümayəndə heyəti adından Şeref Kocakayaya Nadir şah Əfşarın kətan üzərində işlənmiş portreti hədiyyə olunub.

 

Xatırladaq ki, 2019-cu ildə Bakıda AMEA-nın Tarix İnstitutu Dünya Avşarlar Dərnəyinin birgə təşkilatçılığı iləNadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdəmövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

 

 Mədəniyyət.- 2022.- 9 fevral.- S.6.