Müxtəlif səpkili xəbərlər

 

Biləsuvar RMİ Salyan rayon Mərkəzi Kitabxanasında “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı məlumat saatı təşkil edilib. Məktəblilərə cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Milli Qəhrəman haqqında məlumat verilib.

Sumqayıt RMİ S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin kollektivi Vətən müaribəsi qazisi Anar Əsədovu ziyarət edib. Görüş zamanı qazinin keçdiyi döyüş yolundan söhbət açılıb.

 

Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzi, şəhər MKS-nin Səməd Vurğun adına Mərkəzi Kitabxanası Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə 8 fevral – “Beynəlxalq nənələr və babalar günü” ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə Anar Şükürov adına 25 saylı orta məktəbin şagirdləri şeirlər söyləyib, “Kimyaçı” Mədəniyyət sarayının özfəaliyyət ansamblının üzvləri musiqi nömrələri ifa ediblər.

Sumqayıt RMİ-nin tabeliyindəki Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri onlayn formatda keçirilən “Milad royalı” müsabiqəsində uğur qazanıblar. Fortepiano ixtisası üzrə şagirdlərdən Valeriya Olxova 1-ci dərəcəli, Ceyran Talıblı, Ayla Heydərova 2-ci dərəcəli diploma layiq görülüblər, Aytac Vəlizadə laureat adını alıb.

Sumqayıt şəhərindəki S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin skripka şöbəsinin şagirdi Nuray Məmmədova Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda keçirilən 1-ci beynəlxalq klassik musiqi müsabiqəsində Qran-pri mükafatına layiq görülərək diplomla təltif edilib.

Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev Tovuz rayon mədəniyyət müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olaraq müvafiq tövsiyə və tapşırıqlarını verib.

Saatlı rayonu Əhmədbəyli kəndində şəhid Elvin Həsənovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan “Şəhid bulağı” istifadəyə verilib. Açılış mərasimində şəhidin ailə üzvləri ilə bərabər Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzinin əməkdaşları da iştirak ediblər.

Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzinin Şirinbəyli kənd Folklor evi və kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrə qarşı birgə mübarizə aparaqmövzusunda maarifləndirici görüş təşkil edilib. Çıxış edənlər bəşəri bəla olan narkomaniyanın fəsadlarından danışıblar.

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq “Şəhid şəhər” adlı sərgi təşkil edilib. Fevralın 28-dək davam edəcək sərgidə fotolar, sənədlər, kitabjurnallar, mərkəzdə fəaliyyət göstərən rəsm kursunun üzvlərinin əl işləri nümayiş etdirilir.

İsmayıllı RMİ İsmayıllı rayon MKS-nin təşkilatçılığı və rayonun Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə “Oxuyaq, oxumağı sevdirək” adlı tədbir keçirilib. Çıxış edənlər cəmiyyətin inkişafında kitab və kitabxananın əhəmiyyətini vurğulayıblar.

Şəki RMİ-nin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Tərlan Nəsibov Zaqatala rayonundakı mədəniyyət müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olub. O, səfər zamanı Vətən müharibəsi şəhidi Əhməd Laçınovun ailəsi ilə də görüşüb.

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişafKaryera Mərkəzi Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Gənclər üçün əyləncə zamanı” adlı layihə gerçəkləşdirilib. Gənclər asudə vaxtlarının daha səmərəli təşkili üzrə fikir mübadiləsi aparıb, bir sıra oyunlar oynayıblar. Mərkəzdə həmçinin Xocalı soyqırımının ildönümü ilə əlaqədar “XX əsrin faciəsi” adlı tədbir keçirilib. Çıxış edənlər faciənin başvermə səbəbləri və ermənilərin uzun tarixi dövr ərzində ölkəmizə qarşı olan ərazi iddiaları barədə danışıblar. Mövzu üzrə sərgiyə baxış keçirilib.

Gəncə RMİ Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagird heyətinin iştirakı ilə böyük bəstəkar Qara Qarayevin (1918-1982) anadan olmasından 104 illiyinə həsr olunmuş konsert keçirilib. Konsertdə bəstəkarın əsərlərindən parçalar ifa olunub.

 

Hazırladı: N.Məmmədli

 

Mədəniyyət.- 2022.-  11 fevral.- S.4.