Gənclik gələcəyin ümididir

 

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlər təşkil olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə çıxış edənlər ölkəmizin gələcək inkişafında Azərbaycan gəncliyinin rolundan söhbət açıblar. Tədbirin sonunda konsert proqramı təqdim olunub.

Regional idarənin Saatlı rayonu üzrə nümayəndəliyi, rayon Gənclər və İdman idarəsi, “Gənclər evisosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RMİ-nin rəisi Fərid Qurbanzadə çıxış edərək ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin layiqincə davam etdirilməsindən danışıb. Saatlı rayon Mədəniyyət Mərkəzi və Bülbül adına Uşaq musiqi məktəbinin təqdimatında musiqi nömrələri səsləndirilib.

Lənkəran RMİ Astara rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclərə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilib. Astara Dövlət Rəsm Qalereyasında keçirilən “Gəncliyin səsi” adlı rəsm müsabiqəsinə yekun vurulub. Rayonun ümumtəhsil məktəblərini və Astara Dövlət Rəsm Qalereyasını təmsil edən 25 istedadlı gəncin çəkdiyi rəsmlər arasından qaliblər seçilib.

Lerik rayon Mədəniyyət Mərkəzində Gənclər Günü ilə əlaqədar keçirilən ümumrayon tədbirində rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev və digər qonaqlar çıxış ediblər. Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə mükafatlar təqdim olunub.

 

Sumqayıt RMİ Sumqayıt şəhər Mədəniyyət evində “Gənclik sabahımızdır” adlı bayram konserti təqdim edilib. Konsertdə “Şəms” instrumental ansamblının solistləri, özfəaliyyət dərnəyinin üzvləri çıxış ediblər.

Sumqayıtın Tarixi Muzeyində “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər gənclər siyasətinin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu bildiriblər.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə isə gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyəti qeyd edilib.

Sumqayıt RMİ Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Zəhra Kərimova Rumıniyanın paytaxtı Buxarestdə onlayn formatda keçirilən “Qış nağılı – 2022” adlı müsabiqədə iştirak edərək öz yaş kateqoriyasında 2-ci yerə layiq görülüb.

 

Şəki RMİ M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Vətənimizin gələcəyi olan gənclər” adlı tədbir keçirilib. Şəki RMİ-nin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Tərlan Nəsibov və digər çıxış edənlər gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bir qrup fəal gəncə mükafatlar təqdim olunub. Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində keçirilən tədbirdə isə məktəbin müəllim və şagird kollektivi konsert proqramı ilə çıxış edib.

 

Kürdəmir RMİ Kürdəmir rayon Gənclər evində keçirilən tədbirdə Mədəniyyət Mərkəzi və rayon Uşaq musiqi məktəbinin hazırladığı konsert proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Beyləqan rayon Gənclər Mərkəzində keçirilən tədbirdə idarə rəisi Faiq Xudanlı çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Tədbir konsert proqramı ilə davam etdirilib.

Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən ‘’Gənclərlə uğurlu gələcəyə doğru gedən Azərbaycan” adlı tədbirdə Vətən müharibəsində qəhrəmanlıq göstərən gənclərimizdən bəhs edən videoçarx nümayiş olunub. Sonra gənclər arasında intellektual və əyləncəli yarışlar təşkil edilib.

 

Ağdaş RMİ Ucar rayon Heydər Əliyev Mərkəzində əlamətdar günlə bağlı tədbirdə Coşqun İsmayılovun təqdimatında “Zamanın və həyatın idarə olunması” mövzusunda təlim keçirilib. Sonra səkkiz komanda arasında intellektual yarış təşkil edilib.

Gəncə RMİ Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı “Vətənin aparıcı qüvvəsi olan gənclik necə olmalıdır?” adlı diskussiya keçirib. Naftalan şəhər Uşaq musiqi məktəbində keçirilən tədbirdə məktəbin bir qrup müəllim və şagirdinin hazırladığı konsert proqramı təqdim olunub.

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında “Azərbaycan gəncliyi vətənpərvərlik nümunəsidir” adlı tədbir keçirilib. Tədbirdə “Gənclər Azərbaycanın parlaq gələcəyinin təminatçısıdır” adlı videoçarx izlənilib, “Heydər Əliyev müasir gənclər siyasətinin banisidirmövzusunda sərgi nümayiş olunub.

 

Şəmkir RMİ-nin Göygöl rayonu üzrə nümayəndəliyi və rayon Gənclər evinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyi” adlı konsert proqramı təşkil edilib. Konsertdə vətənpərvərlik ruhlu musiqilər təqdim olunub.

 

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycanın inkişafında gənclərin rolumövzusunda tədbir keçirilib. Çıxışlarda ölkəmizdə gənclərə göstərilən qayğıdan danışılıb.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılar mərkəzin ekspozisiya zalında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Regional idarənin əhatə etdiyi Masallı, Cəlilabad və Yardımlı tarix-diyarşünaslıq muzeyləri, Cəlilabad Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət Mərkəzi və Yardımlı rayon Mərkəzi Kitabxanasında da əlamətdar günlə bağlı tədbirlər təşkil olunub.

 

Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mahrızlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Gəncliyimizlə fəxr edirik” adlı tədbir təşkil olunub. Çıxışlarda ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin prioritet istiqamətlərdən olduğu diqqətə çatdırılıb.

 

 

 

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzi, GİKM rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qalib ölkənin qalib gəncləri” adlı tədbir keçirilib.

İdarənin əhatə etdiyi Qazax Dövlət Rəsm Qalereyasında “Gənclik gələcəyin ümididir” , Tovuz Dövlət Rəsm Qalereyasında isə dərnək üzvlərinin əl işlərindən ibarət “Gənclər bu günümüz və sabahımızdır” adlı rəsm sərgiləri təşkil olunub.

 

İsmayıllı RMİ, İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafKaryera Mərkəzinin (GİKM) rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə əlamətdar günlə bağlı tədbir keçirilib. İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RMİ-nin rəisi Elçin Nəcəfovun da iştirak etdiyi tədbirdə “Niyalinstrumental ansamblının ifasında mahnılar səsləndirilib, rayon gəncləri bədii kompozisiya və rəqslər nümayiş etdiriblər. İsmayıllı Dövlət Rəsm Qalereyasında əməkdaşların əl işlərindən ibarət “Gənclik rəngləri” mövzusunda sərgi təşkil edilib.

 

Hazırladı: N.Məmmədli

 

Mədəniyyət.- 2022.-4 fevral.- S. 4.