Vətənin qəhrəmanları unudulmur

 

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və idarənin bir qrup əməkdaşı 2016-cı ilin Aprel döyüşləri şəhidi, baş leytenant Əbu Bəkr İsmayılovun Kürdəmir şəhərindəki büstünü ziyarət ediblər. Şəhidin büstü önünə çiçəklər qoyulub, xatirəsini ehtiramla yad olunub.

Ağdaş RMİ Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında Aprel döyüşləri şəhidi Nurlan Abdullazadənin doğum günü ilə bağlı “Mən Mübariz olacağam” başlıqlı tədbir keçirilib.

Xaçmaz RMİ Quba rayon MKS-nin Qamqam kənd kitabxana filialının əməkdaşları və oxucuları Vətən müharibəsi şəhidi Elməddin Abdullayevin doğum günü ilə əlaqədar məzarını ziyarət ediblər.

Sumqayıt RMİ Qubadlı rayon nümayəndəliyində Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Faiq Qasımovun doğum günü ilə əlaqədar xatirəsi anılıb. Tədbirdə şəhidin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Regional idarənin tabeliyindəki Zəngilan şəhər Uşaq musiqi məktəbinin əməkdaşları isə Vətən müharibəsi şəhidi İmamalı Hüseynovun ailəsini ziyarət ediblər. Kollektiv ailənin qayğıları ilə maraqlanıb, onlara maddi və mənəvi dəstək göstəriblər.

Şamaxı rayonunda yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi, Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbinin tar müəllimi olmuş Rauf Əliyevin doğum gününə həsr edilən anım mərasimi keçirilib. Mərasimdə İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov, Uşaq incəsənət məktəbinin müəllim kollektivi və şəhidin ailə üzvləri iştirak ediblər.

 

Mədəniyyət.- 2022.- 16 fevral.- S.4.