Görüş, sərgi, müsabiqə, təqdimat...

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə kitabxananın fəal oxucularına kitablar hədiyyə edilib.

MKS-nin Mərkəzi Kitabxanasında isə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, ədəbiyyatşünas alim, professor Əzizə Cəfərzadənin oğlu texnika üzrə fəlsəfə doktoru Turan İbrahimovla görüş keçirilib. T.İbrahimov göstərilən diqqət və qayğıya görə kitabxana rəhbərliyinə təşəkkür edib və Əzizə Cəfərzadənin son dövrlər nəşr edilən kitablarını kitabxanaya bağışlayıb.

 

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Narkomaniya – əsrin bəlası” mövzusunda maarifləndirici tədbir keçirilib. Çıxış edənlər narkomaniya kimi zərərli vərdişlərin yaratdığı fəsadlardan, gənc nəslin sağlam tərbiyəsi yönündə aparılan maarifləndirici işlərdən danışıblar.

Masallı Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan “Dəhşətli gecə” adlı rəsm sərgisi təşkil edilib. Sərgidə rayonun bir neçə ümumtəhsil məktəbi şagirdlərinin əl işləri nümayiş olunub.

 

Sumqayıt RMİ Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi Fortepiano şöbəsinin şagirdləri Sevinc Atakişiyeva, Məryəm Əliyeva, Ləman Əlizadə və Fidan Balamiyeva Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda keçirilən vokal-instrumental müsabiqədə 2-ci dərəcəli diploma layiq görülüblər.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Gender bərabərliyi” mövzusunda konfrans keçirilib. Tədbirdə Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin direktoru Kəmalə Rəhimova və digər natiqlər mövzu ətrafında fikirlərini bölüşüblər.

Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə Sabirabad rayon Mədəniyyət Mərkəzində aktyor, rejissorvideobloger Taleh Yüzbəyovla görüşüb. Görüşdə regional idarənin əhatə etdiyi şəhər və rayonlarda kino sənəti üzrə maarifləndirmə işinin təşkili, kadr hazırlığı istiqamətində fikir mübadiləsi aparılıb. Sonra Taleh Yüzbəyovun çəkdiyi “Zəhər tuluğu” tammetrajlı bədii filmi nümayiş olunub. Ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşir olan film tamaşaçıların marağına səbəb olub.

 

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində İkinci Dünya müharibəsində Fransa Milli Müqavimət hərəkatının fəal üzvlərindən əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun (1920-1994) 100 illiyinə həsr olunmuş “O, Xarqo idifilminin təqdimatı keçirilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunan ekran əsərində baş rolu aktyor İqbal Əliyev ifa edib. Filmin ssenari müəllifi Şahin Sinaria, rejissoru Tahir Tahiroviç, operatoru Rafiq Əliyev, prodüseri isə Nazim Hüseynovdur.

 

Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) vəfatının ildönümü (13 fevral) ilə əlaqədar Şəki şəhərində xatirə tədbiri keçirilib. Şəki RMİ-nin rəhbərliyi, mədəniyyət işçiləri, ziyalılar şairin Şəki şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Şairin şəhərdəki ev-muzeyində “açıq qapı” günü təşkil olunub. Ziyarətçilərə Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında xidmətləri barədə məlumat verilib.

Regional idarənin tabeliyindəki Zaqatala rayon MKS-nin Uşaq şöbəsində və kənd kitabxana filiallarında Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbirlər təşkil edilib.

Biləsuvar RMİ Biləsuvar rayon Heydər Əliyev Mərkəzində regional idarənin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Gəncə RMİ, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə İctimai İştirakçılıq Məclisi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və “Kitab oxukitab evinin təşkilatçılığı ilə Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib. Gəncə Dövlət Filarmoniyasının qarşısında təşkil olunan aksiyada şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk və idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

İsmayıllı RMİ Ağsu rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişafKaryera Mərkəzi Ağsu nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ulu öndər və gəncliyimiz” layihəsi çərçivəsində görüş keçirilib. Görüşə rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edən, Vətən müharibəsində döyüş yolu keçən gənclər qatılıb.

 

Ağstafa RMİ Ağstafa rayon MKS-nin oxuculara xidmət və uşaq şöbələri tərəfindən Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Hər kitab bir xəzinədir” adlı kitab sərgisi təşkil edilib.

 

Mədəniyyət.- 2022.- 16 fevral.- S.4.