İclas, ekskursiya, sərgi, konsert...

 

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı istedadlı musiqiçi və heykəltəraş Zülfiyyə Kağızmanlıoğlunun emalatxanası ilə tanış olub.

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir: gəlin, gələcəyimizi qoruyaqmövzusunda tədbir keçirilib. Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ekskursiyalar təşkil edilib.

Şəmkir RMİ-nin rəisi Azər Rəcəbovun iştirakı ilə Ə.Cavad adına Mədəniyyət Mərkəzində mədəniyyət evləri və klubların fəaliyyətinə həsr olunmuş iclas keçirilib. İdarə rəisi müəssisələrdə işlərin daha səmərəli təşkili ilə bağlı tapşırıqlar verib.

Gəncə RMİ və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə Dövlət Kamera Orkestrinin konserti keçirilib.

İsmayıllı RMİ Qəbələ Dövlət Rəsm Qalereyasında “Qaradağlı faciəsi” başlığı altında uşaq, yeniyetmə və gənclərin rəsmlərindən ibarət sərgi təşkil olunub.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.4.