Mərmər soyuğu”nun festival yolçuluğu

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adınaAzərbaycanfilmKinostudiyası, “Baku Media Center”, “İctimai TV” “Arizona Productions” (Fransa) şirkətləri tərəfindən birgə istehsal edilənMərmər soyuğutammetrajlı bədii filminin istehsalat prosesi başa çatıb.

Azərbaycanfilm”dən bildirilib ki, rəng korreksiyası İstanbul şəhərində aparılan filmin hazırda beynəlxalq festivallar üzrə distribusiyası həyata keçirilir.

Film uğursuz rəssamla sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunsürən həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır...

Filmin ssenari müəllifləri Asif Rüstəmov Roelof Jan Minneboo (Hollandiya), rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay Namazov Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, baş prodüseri Fariz Əhmədov, kreativ prodüseri İradə Bağırzadədir. Əsas rolları Elşən Əsgərov, Natəvan Abbaslı Xalq artisti Qurban İsmayılov canlandırıblar.

 

 

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.5.