Mədəniyyət evləri və klubların fəaliyyəti müzakirə olunub

 

 

Şəmkir RMİ-nin rəisi Azər Rəcəbovun iştirakı ilə Göygöl rayon Mədəniyyət Mərkəzində və Gədəbəy Aşıq Məktəbində mədəniyyət evləri və klubların gələcək fəaliyyəti ilə əlaqədar iclaslar keçirilib.

İclaslarda RMİ-nin əhatə etdiyi rayonlardakı mədəniyyət evləri və klubların rəhbərləri iştirak ediblər. Müəssisə rəhbərləri problemlər barədə danışıb, fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər veriblər.

İdarə rəisi müəssisələrin fəaliyyəti ilə bağlı bir sıra məsələləri diqqətə çatdırıb, işlərin daha səmərəli qurulması barədə tapşırıqlarını verib.

 

Mədəniyyət.- 2022.- 25 fevral.- S.4.